Mal-qara alverçisi özünü asdı

Mal-qara alverçisi özünü asdı
15:41 14 Yanvar 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Günün ikinci intihar hadisəsi Biləsuvar rayonunda qeydə alınıb. 32 yaşlı kişi özünü asıb.

Biləsuvar Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Firuz Rüstəm oğlu Sadıqov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. Asılmış meyiti onun ailə üzvləri aşkar ediblər.

Dərhal əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. F.Sadıqovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Dünyasını dəyişən şəxsin iki azyaşlı övladı var və o, mal-qara ticarəti ilə məşğul olub.

Səhər saatlarında isə Gəncədə intihar hadisəsi baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Hüseyn oğlu Yaqubov özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Kamal Yaqubovun külli miqdarda borcu olduğu və bu səbəbdən intihar etdiyi ehtimal edilir.

İntihar edən şəxsin iki azyaşlı övladı var və o, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin inspektoru olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR