Mobil telefonla avtobusda gedişhaqqı ödəmək mümkün olacaq

Mobil telefonla avtobusda gedişhaqqı ödəmək mümkün olacaq
15:47 14 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Təmassız kartlar və mobil qurğular tezliklə Böyük Britaniyanın şəhərlərarası nəqliyyatında əsas hesablaşma vasitəsi ola bilər. Sərnişinlər nəqliyyatın müxtəlif növlərindən istifadə edərkən smartfon və kartlarla ödəmə həyata keçirə biləcəklər. Müvafiq təşəbbüs ölkənin parlamentində açıqlanıb.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, Ödəniş Kartlarının Britaniya Assosiasiyası təmassız ödənişlərin qəbulu sisteminin tətbiqinə imkan verəcək standartlar hazırlayıb. Onlar artıq Birləşmiş Krallığın ərazisində istifadə olunan müasir ödəniş alətləri ilə uyğunlaşdırılacaq.

Ölkənin nəqliyyat naziri Endryu Cons bildirib ki, "Smart-bilet inqilabı müasir və əlverişli nəqliyyat şəbəkəsi qurmağa kömək edəcək. Hazırda ölkədə 700 min smart-kart artıq fəaliyyət göstərir. Ölkənin ən iri nəqliyyat operatorları olan "Stagecoach First Bus", "Go-Ahead", "Arriva" və "National Express" bu ilin yayınadək təmassız ödənişlərin tətbiqi planını hazırlamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR