Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Taleh Bağırovun şikayəti üzrə məhkəmə prosesi keçirilib

​Taleh Bağırovun şikayəti üzrə məhkəmə prosesi keçirilib

Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən şəxs bəraət qazandı (14 Mart 2017 17:47)
Məhkəmə qanunsuz olaraq silah gəzdirməkdə təqsirləndirilən şəxsə bəraət hökmü çıxarıb (14 Mart 2017 15:42)
Ali Məhkəmə keçmiş "OMON"çuların şikayətini təmin etməyib (14 Mart 2017 11:32)

Tarix: 14 Yanvar 2016 15:57

Bu gün Nəsimi Rayon Məhkəməsində barəsində həbs qəti imkan tədbiri seçilmiş "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın sədri Taleh Bağırovun şikayət üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az bildirir ki, bu barədə Report-a T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclas təxirə salınıb. Səbəb kimi T.Bağırovun məhkəməyə gətirilməməsi və bəzi zəruri sənədlərin olmaması göstərilib.

Proses yanvarın 22-də davam etdiriləcək. 

Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib. 

Milli.Az


Teqlər:  Taleh Bağırovun şikayəti üzrə məhkəmə prosesi keçirilib



RƏYLƏR


Top xəbərlər