Araşdırma: 2050-ci ilə qədər ABŞ-da müsəlmanların sayı 8,1 milyona çatacaq

Araşdırma: 2050-ci ilə qədər ABŞ-da müsəlmanların sayı 8,1 milyona çatacaq
15:57 14 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ "Pew Research Center"in (PRC) proqnozlarına görə, 2050-ci ilə qədər ABŞ-da müsəlmanların sayı 3,3 milyon nəfərdən 8,1 milyona qədər yüksələcək. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bununla müsəlmanların ABŞ əhalisi arasındakı payı 2,1 faizə çatacaq.
Araşdırmada qeyd olunur ki, əhalinin siyahıyaalınmasında onların dini təriqətləri qeyd olunmadığından, bu barədə dəqiq rəqəm söyləmək mümkün deyil. Amma alimlərin işləyib hazırladığı demoqrafik model belə düşünməyə əsas verir ki, Birləşmiş Ştatlarda müsəlman əhalinin payı 35 il ərzində 1 faizdən 2,1 faizə qədər yüksələcək.
PRC-nin sosioloqları qeyd edir ki, ABŞ-da müsəlman əhalinin sayı yəhudilər (5,7 milyon nəfər) və hindularla (2,1 milyon nəfər) müqayisədə daha sürətlə artacaq və 2050-ci ilə qədər 8,1 milyon nəfərə çatacaq.
Onlar bunun iki başlıca səbəbi kimi müsəlman mühacirlərin sayının durmadan artması və digər dinlərlə müqayisədə müsəlman ailələrində uşaqların daha çox olmasını göstərib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/arasdirma-2050-ci-ile-qeder-abs-da-muselmanlarin-sayi-8-1-milyona-catacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR