Azərbaycanda 49 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Azərbaycanda 49 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
15:58 14 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2011-2015-ci illərdə ifşa olunmuş ağır və ya xüsusilə ağır cinayət törətmiş 1173 cinayətkar qrupun 4,2 faizini və ya 49-nu mütəşəkkil dəstələr təşkil edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Seyfulla Əzimov 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində çıxışı zaman deyib.

O, qeyd edib ki, həmin dəstələrin böyük əksəriyyəti törətdikləri ilk cinayətdən sonra zərərsizləşdirilib, onların törətdikləri cinayətlərin 80 faizi mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsinə aid olub.

S.Əzimov bildirib ki, həyata keçirilmiş profilaktik tədbirlərin nəticəsi olaraq ölkədə mütəşəkkil cinayətkarlığın səviyyəsi proqnozlaşdırılan səviyyədən kənara çıxmayıb, cinayətkar birlik və mütəşəkkil dəstələr tərəfindən ictimai rezonans doğuran cinayətlərin mütəmadi törədilməsi tendensiyası müşahidə edilməyib: “Bununla belə, mütəşəkkil cinayətkarlığın, xüsusən onun daha təhlükəli növü olan transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib, xarici təsir mərkəzlərinin, onların ölkəmizdəki əlaqələrinin, maliyyə mənbələrinin ifşasına xüsusi diqqət yetirilib”.

S.Əzimov əlavə edib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin konstitusion quruluşunun zorla dəyişdirilərək şəriət qaydaları ilə idarə olunan dövlət yaratmaq niyyətində olan cinayətkar birlik ifşa olunub, həmin birliyin üzvlərindən hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimətdə istifadə etməyə hazırlaşdıqları xeyli sayda odlu silah və partlayıcı maddə götürülüb: “Gələcəkdə analoji neqativ meyillərin yaranmasının qarşısının alınması üçün tədbirlər görülür. Kriminogen duruma mənfi təsir göstərmək baxımından odlu silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə də xüsusi diqqət yetirilib. Hesabat dövründə respublika üzrə qanunsuz silah saxlama ilə bağlı qeydə alınmış cinayətlərin 8,9 faizi Baş İdarə tərəfindən aşkar olunub. Baş İdarənin bu sahədə əvvəlki hesabat dövrü ilə müqayisədə göstəriciləri cinayətlərin sayında 2,7 dəfə, götürülmüş silahların sayında isə 2,5 dəfə yaxşılaşıb”.

Polis general-mayoru vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə də Baş İdarə qarşısında duran prioritet vəzifələrdən olub.

Onun sözlərinə görə, narkoticarətin cinayətkar aləmin əsas maliyyə mənbələrindən olması, eləcə də əsasən mütəşəkkil dəstələrin məşğul olması ehtimalları nəzərdən keçirilərək, bu sahədə əsas diqqət güclü təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasına, habelə onların qeyri-qanuni yollarla ölkəyə gətirilməsi və tranzit daşınması kanallarının ifşasına yönəldilib: “Satış və ya satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 43 fakt aşkar olunub, ümumilikdə, qanunsuz dövriyyədən 40 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb”.

S.Əzimov bildirib ki, keçirilmiş tədbirlərlə Bakı şəhərində, habelə Sumqayıt, Qəbələ və Ağsuda bir sıra mülkiyyət əleyhinə cinayətlər törətmiş, ümumilikdə, 19 nəfərdən ibarət 2 dəstə zərərsizləşdirilib. Quldurluq və qəsdən adam öldürmə, dələduzluq, habelə keçmiş illərdən adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə axtarılan 6 nəfərin tutularaq istintaqa təhvil verilməsi təmin olunub. Adam oğurluğu və hədə-qorxu ilə tələb etmə ilə mübarizəyə də xüsusi diqqət yetirilib, 18 hədə-qorxu ilə tələb etmə cinayəti aşkar edilib: “Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta pul əskinaslarının dövriyyəyə buraxılmasına qarşı mübarizə davamlı olub, bu sahədə respublika üzrə 45 cinayət faktı qeydə alınıb. Dövriyyədən çıxarılmış saxta əskinazların 50 faizindən çoxu Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunub”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

700 bal toplayanların sadə sirri: Öz dillərindən eşidin - FOTOLAR

24 İyul 2017 18:58

Qurban Qurbanov: "Şerif" rəqibi oynamağa imkan verməyən bir komandadır"

24 İyul 2017 18:57

Xalq artistindən Səmraya dəstək: "Köməyə hazıram"

24 İyul 2017 18:57

Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil

24 İyul 2017 18:55

"Brexit" və "Frexit": Aİ-də siyasi təlatümlər davam edir

24 İyul 2017 18:52

Londona uçan sərnişin havada təyyarənin qapısını açmaq istədi - FOTO

24 İyul 2017 18:52

“Soçi görüşü Rusiya tərəfindən Azərbaycanın müttəfiq kimi qəbul edilməsinin göstəricisidir”

24 İyul 2017 18:48

Televizor, planşet uşaqları lal edə bilər - HƏKİMLƏRDƏN HƏYƏCAN TƏBİLİ

24 İyul 2017 18:47

Dunayda sərnişin gəmisində YANĞIN - Yaralananlar var

24 İyul 2017 18:47

“Yay məktəbi”nə əlavə qeydiyyat başa çatıb

24 İyul 2017 18:42

Əli Mirəliyevlə bağlı sürpriz qərar

24 İyul 2017 18:40

Sabahdan müəllimlərin imtahanı başlayır

24 İyul 2017 18:38

"Evdə tək" filminin məşhur aktyoru VƏFAT etdi - FOTO

24 İyul 2017 18:37

Osman Kulibali: ""Qəbələ"dən qorxmuruq"

24 İyul 2017 18:37

Prezident millət vəkillərinin parlamentə girişini qadağan etdi

24 İyul 2017 18:33

Azərbaycanlılar Türkiyədə beşinci oldular

24 İyul 2017 18:32

Günay keçmiş əri haqda: "Heç gəlib oğlunu görmür" - FOTOlar

24 İyul 2017 18:32

Milli Mətbuat Günü münasibətilə velosiped yarışı keçirilib - FOTOLAR

24 İyul 2017 18:27

"Bəxt üzüyü"nün "Hüseyn"i illər sonra - FOTO

24 İyul 2017 18:27

İran denominasiyaya hazırlaşır

24 İyul 2017 18:27

Eynək zədələnərsə... - Pulunuzu cibinizdə saxlayacaq 6 ÜSUL

24 İyul 2017 18:23

"Barselona" Neymarın məvacibini artıracaq?

24 İyul 2017 18:22

DİN vətəndaşlara müraciət edib

24 İyul 2017 18:20

Çaylarda suyun səviyyəsi azalıb?

24 İyul 2017 18:18

700 bal toplayan abituriyent: "Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”

24 İyul 2017 18:17

Məhkəmə icraçısı nazirlik binasının 17-ci mərtəbəsindən yıxılaraq öldü - VİDEO - Rusiyada

24 İyul 2017 18:12

Ürəyi 3 dəfə dayanan aparıcı: "Bakıda olsaydım, bu gün 7 mərasimim idi..." - FOTO

24 İyul 2017 18:12

Azyaşlı bacısı qıznının əllərini bağlayıb, məcbur porno izlətdi - FOTO

24 İyul 2017 18:12

"Adi kətan da geyinsəm, Elzalığım bilinəcək"

24 İyul 2017 18:12

Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında BÜTÜN SİRLƏRİ AÇDI

24 İyul 2017 18:08

Zirə-Türkan avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

24 İyul 2017 18:07

Səlahət "Neftçi" ilə Avstriyaya getdi

24 İyul 2017 18:07

Bakıda qanunsuz zibilxana yaranıb

24 İyul 2017 18:05

İsrailin Müdafiə Nazirliyi Azərbaycan polisi ilə əməkdaşlıqda maraqlıdır

24 İyul 2017 18:05

Əfsanəvi kompüter proqramı tarixə qovuşur

24 İyul 2017 18:03

BBF-də gənc sahibkarlara təlim keçən Manu Şarma: “Azərbaycanda da ən azından Kanadadakı qədər sosial sahibkarlığa maraq var”

24 İyul 2017 18:02

"Ermənistan münaqişənin həllində maraqlı deyil" - XİN

24 İyul 2017 17:59

Ağstafa sakini 1 litr arağı birnəfəsə içdi - VİDEO

24 İyul 2017 17:58

"Bakıda olsaydım, bu gün 7 mərasimim idi"

24 İyul 2017 17:58

DİN borclu və axtarışda olan şəxslərlə bağlı vətəndaşlara müraciət etdi

24 İyul 2017 17:57

"Moskva-Bakı münasibətlərinin inkişafı Rusiyada müəyyən bir qüvvənin ürəyincə deyil"

24 İyul 2017 17:57

Səbinə ikinci dəfə ana olacaq - FOTO

24 İyul 2017 17:57

Akif Çovdarovun evindəki həqiqətlər açıldı

24 İyul 2017 17:53

Sumqayıtda gəlin 3 uşağını atıb evdən qaçdı - FOTO

24 İyul 2017 17:52

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: imtahanlar başlayır

24 İyul 2017 17:52

Mələkxanımın ailəsində xoş gün - FOTO

24 İyul 2017 17:52

I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

24 İyul 2017 17:51

Gel - şellak tipli dırnaq boyalarının qorxunc zərərləri

24 İyul 2017 17:48

İmtahan nəticələri açıqlandı – 3 nəfər 700 bal topladı

24 İyul 2017 17:48

Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start veriləcək

24 İyul 2017 17:47