Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qısa zamanda dayanacaqlardakı monitorlarda “BakuBus” avtobuslarının fəaliyyəti barədə məlumat olacaq

Qısa zamanda dayanacaqlardakı monitorlarda “BakuBus” avtobuslarının fəaliyyəti barədə məlumat olacaq

İctimai qınaq nəticəsini verdi - Sərnişin üzr istədi - FOTO (07 Mart 2017 18:22)
Bakıda gənc oğlan avtobusda belə oturdu... - FOTOLAR (06 Mart 2017 17:38)
Bakıda gənc oğlan avtobusda belə oturdu... (06 Mart 2017 12:46)

Tarix: 14 Yanvar 2016 15:58


Bakı, 14 yanvar, Elvin Camalov, AZƏRTAC
Qısa zamanda dayanacaqlardakı məlumat monitorlarında “BakuBus” MMC-nin avtobus marşrutlarının xətti və hərəkət qrafiki ilə bağlı məlumatlar öz əksini tapacaq.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı AZƏRTAC-ın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə bununla bağlı görülən işlər demək olar ki, yekunlaşıb. Avtobuslara izləmə cihazları quraşdırılıb, izləmə qurğularının dayanacaqlardakı məlumat monitorlarına inteqrasiyası başa çatıb.
Ş.Mehmanqızı bildirib ki, hal-hazırda avtobuslar və marşrut xətləri barədə məlumatlar monitorlara köçürülür və monitorlar sınaqdan keçirilir. Çox qısa zamanda “BakuBus” MMC-nin avtobusları da daxil olmaqla Bakıda fəaliyyət göstərən bütün avtobusların fəaliyyəti yeniliklərlə dayanacaqlardakı monitorlarda öz əksini tapacaq.

Teqlər:  Qısa zamanda dayanacaqlardakı monitorlarda BakuBus avtobuslarının fəaliyyəti barədə məlumat olacaq



RƏYLƏR


Top xəbərlər