Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır
16:04 14 Yanvar 2016
71 Sosial
Ölkə mətbuatı
A- A+

 

Yanvarın 17-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 27500-dən çox şagirdin iştirak edəcəyi bu bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Bildirək ki, Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif məktəbliləri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. İmtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt veriləcək.

Rayon (şəhər) mərhələsinin nəticələri ən geci yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcək.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə toplayan ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

Qeyd edək ki, informatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlər www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək online müsabiqədə iştirak edəcəklər. Rayon (şəhər) mərhələsinin informatika fənni üzrə tapşırıqları qeyd olunan saytda 17 yanvar 2016-cı il tarixində saat 10:00-dan etibarən nümayiş etdiriləcək.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR