Balıqovlama biletinin hüquqi qüvvəsi iki ay müddətinə uzadılıb

Balıqovlama biletinin hüquqi qüvvəsi iki ay müddətinə uzadılıb
16:04 14 Yanvar 2016
10 Sosial
Ölkə mətbuatı
A- A+

 

Sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub.

 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Nazirlik sənaye balıq ovunun fasiləsiz davam etdirilməsini və balıqçılar tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş ov alətlərinin alınması və qaydaya salınması üçün vaxt tələb olunduğunu nəzərə alaraq 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR