Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanın premium kinoteatrı "CinemaPlus"un daha 5 kinoteatrı açılacaq

Azərbaycanın premium kinoteatrı "CinemaPlus"un daha 5 kinoteatrı açılacaq

Fermerlərdən alınan mallar aşağı qiymətlərlə satışa çıxarılır (16 Mart 2017 09:57)
“Sony Xperia XZ Premium” ən “ağıllı” telefon seçildi (07 Mart 2017 03:28)
Türkiyədə daha bir "Qarabağ" parkı açılacaq (15 Fevral 2017 16:57)

Tarix: 14 Yanvar 2016 16:05

Azərbaycanın premium kinoteatrı "CinemaPlus"un daha 5 kinoteatrı açılacaq.

Bu barədə Milli.Az-a "CinemaPlus" mətbuat katibliyindən bildiriblər.
Kinoteatrın baş direktoru Zaur Darabzadənin sözlərinə görə, bu il Gəncə şəhərində regionun ilk kinoteatrı istifadəyə veriləcək: "Gəncə şəhəri Nizami Gəncəvi küçəsində yerləşən "Xəmsə park" ticarət mərkəzinin 5-ci mərtəbəsində olan kinoteatr bütün lazımi avadanlıqlarla təmin olunub. 5 zallı və ümumi oturacaq sayı 460 nəfərlik kinoteatr 3D texnologiyaları ilə təchiz edilib. Bu il üçün açılması planlaşdırılan növbəti kinoteatr "Gənclik Mall" Ticarət Mərkəzində yerləşir ki, orada 9 zal olacaq. Bu da ölkənin ən böyük kinoteatrı olacaq. Bundan başqa, bu il "Amburan mall"da da 3 zallı kinoteatrın açılması da nəzərdə tutulub".

Baş direktor onu da əlavə edib ki, 2017-ci ildə "Azərbaycan" kinoteatrında və Bakı İdman Sarayının (Neftçilər prospektində yerləşən keçmiş Əl Oyunları Sarayı) arxasında inşa olunan Caspian Waterfrontda "CinemaPlus"un digər şəbəkələrinin açılması planlaşdırılıb.

"Yeri gəlmişkən, insanların asudə vaxtlarını yaxşı keçirməsinə dəstək olmaq üçün kinoteatrlarda qiymətlər ucuz olacaq", - Z.Darabzadə əlavə edib.

Xatırladaq ki, hazırda "CinemaPlus" yalnız "28 Mall" Ticarət Mərkəzində fəaliyyət göstərir.

Qeyd edək ki, keçən ilin dekabrın 17-də 3 il fəaliyyət göstərən "28 Cinema"nın adı dəyişdirilərək "CinemaPlus" olub.

Milli.Az


Teqlər:  Azərbaycanın premium kinoteatrı CinemaPlusun kinoteatrı açılacaq



RƏYLƏR


Top xəbərlər