Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlhamə Quliyeva oğlunun saxlanmasından danışdı

İlhamə Quliyeva oğlunun saxlanmasından danışdı

Date: 14 January 2016 16:06

Xalq artisti İlhamə Quliyeva oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanması xəbəri barədə açıqlama verib. O, yayılan məlumatları təkzib edib.

ANS PRESS-ə açıqlama verən xalq artisti bildirib ki, məlumat yalandır: “O, məlumat əsassısdır, cəfəngiyyatdır, bizim ailəmizə atılan böhtandır. Hamı öz evindədir. Qətiyyən belə bir şey yoxdur”.

Xalq artisti hətta bu məlumatı yayanların adını da açıqlayaıb:
“Bu məlumatı mənim həbsxanadakı olan qulluqçumun adamları yayıb. Axı bu yaxınlarda məhkəməsi olacaq. Yalan-yalan informasiya yayırlar".

Bu gün məlumat yayılıb ki, Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanıb. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Bir müddət əvvəl ifaçı köməkçisi Mehriban Hüseynovanı dələduzluqda ittiham edib.


Mehriban Hüseynova-İlhamə Quliyevanın köməkçisi

Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək, hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də edib.Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Tags:  İlhamə Quliyeva oğlunun saxlanmasından danışdı

RƏYLƏR


Top news