Sumqayıtda binada yanğın: 16 nəfər təxliyə olunub

Sumqayıtda binada yanğın: 16 nəfər təxliyə olunub
16:09 14 Yanvar 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

14 yanvar 2016 - Sumqayıtda binada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 16 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2480452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR