Nəqliyyat Nazirliyinin çox səlahiyyəti yeni quruma VERİLDİ

Nəqliyyat Nazirliyinin çox səlahiyyəti yeni quruma VERİLDİ
16:24 14 Yanvar 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Gənclər və İdman Nazirliyinin səlahiyyətləri artırıldı (19 Aprel 2017 21:03)
Gənclər və İdman Nazirliyinin səlahiyyətləri artırıldı (19 Aprel 2017 20:42)
Naxçıvanda yeni idarə yaradıldı (15 Aprel 2017 09:17)

Bu gün Azərbaycanda çox adamı bir sual maraqlandırır. Görəsən, vaxtilə böyük işçi qüvvəsi olan Nəqliyyat Nazirliyinin aqibəti necə olacaq?

İlk öncə onu deyək ki, 2006-cı ildən ölkə ərazisində bir çox səlahiyyətlər əldə edən qurum illər ötdükcə sübut etdi ki, ona etibar olunan səlahiyyətlərin öhdəsindən layiqincə gələ bilməyib.

Milli.Az baku.ws-yə istinadən bildirir ki, qurumun tərkibində olan dəmiryolu sahəsi dağılmağa başladı. Dəmiryolları yavaş-yavaş sıradan çıxır, qatar və vaqonlar dağılırdı. Məhz bunun nəticəsindir ki, nazirliyin tərkibindəki ən vacib qurum olan "Azərbaycan Dəmir Yolları" QSC nazirliyin əlindən alındı. Bundan sonra əvvəllər Nəqliyyat Nazirliyinə aid qurumların gördüyü bəzi inzibati işlər də qurumdan alınaraq Dövlət Yol Polisinə verildi. 

Beləliklə paytaxt nəqliyyatı üçün çox vacib olan "BakuBus" şirkəti yaradıldı. Bununla da qeyri-qanuni sərnişindaşıma ilə məşğulolma hallarının eləcə də, qəza, insan ölümləri dayandı.  

Məhz bu avtobuslar xidmətə başlayandan sonra nazirliyin 5 il ərzində kart sisteminə keçmək istədiyi, ancaq reallaşdıra bilmədiyi müşkül görünən iş qısa müddətdə reallaşdı. "BakuBus" fəaliyyətə başlayandan sonra Nəqliyyat Nazirliyinin birbaşa nəzarətində olan ən nəhəng nəqliyyat xidməti göstərən "Transgeyt" şirkəti də bağlandı və sərnişindaşınmanın keyfiyyəti Avropa standartına uyğunlaşdırıldı. 

Sonradan Nazirliyin daha bir səlahiyyəti əlindən alındı. "Nəqliyyat Nazirliyinin tərkibində Bakı Sərnişin və Yük Daşımalarının Təşkili şöbəsi" bağlandı. Nazirliyin əlindən alınan səlahiyyətlər bununla da bitmədi. Qurumun tərkibindən "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" və "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti də çıxarıldı. 

Nazirlik bağlanmasa da əvəzinə yeni Bakı Nəqliyyat Agentliyi yaradıldı. Nəqliyyat Nazirliyinin, demək olar, bütün öhdəsindən gələ bilmədiyi səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə verildi. Beləliklə də, Nəqliyyat Nazirliyinin təkcə quru adı və bir neçə kiçik səlahiyyəti qaldı. Bu gün Nazirliyin tərkibində Dövlət Avtomat Nəqliyyat Xidməti fəaliyyət göstərir. Şöbə yalnız rayonlarda fəaliyyət göstərən sərnişindaşımaya nəzarət edir. Lakin qurumda işləyən 550 işçidən 300-dən çoxu ixtisara düşüb. Hazırda xidmət paytaxtda sərnişindaşıma ilə məşğul olan sahibkarların sayını və digər məsələləri təhvil-təslimlə məşğuldur. Qeyri-rəsmi olaraq bildirilir ki, bir müddət sonra isə rayonlara olan nəzarət də qurumdan alınacaq. 

Bundan başqa, hazırda Nəqliyyat Nazirliyinin vaxtilə başladığı Bakı-Tbilisi-Qars layihəsinin bəzi maliyyə məsələlərini də həll etməyə çalışır. Qeyri-rəsmi aldığımız məlumatlara görə, həmin layihənin maliyyə məsələləri Nəqliyyat Nazirliyinə aiddir.

Xatırladaq ki, metronun "20 Yanvar" stansiyasındakı keçid də Nəqliyyat Nazirliyinin balansındadır.  Ekspertlər də hesab edirlər ki, Nəqliyyat Nazirliyi son günlərini yaşayır. Bundan sonra nə nazir Ziya Məmmədovun, nə də nazirliyin yenidən nəqliyyat sahəsinə nəzarət etməsi mümkün deyil. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirib ki, hazırda nazirliyin üzərinə düşən fəaliyyət və funksiyalar müvəqqəti xarakter daşıyır.

 "Nəqliyyat Nazirliyi çox səhv siyasət yürüdürdü. İstər paytaxtda, istərsə rayonlarda gördüyü işlər əhaliyə xidmət etməyə deyil, pul qazanmağa hesablanmışdı. Onlar yalnız bir şeyi düşünürdülər, nəqliyyatdan bacardıqca çox gəlir əldə etsinlər. İndi Nəqliyyat Nazirliyinin bundan sonra iş baxımında vəziyyəti düzəltməyə heç bir şansı yoxdur", - deyə Məzhir Rüstəmov bildirib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

70 yaşlı xəstədən cərrahiyə əməliyyat zamanı SMARTFON ŞOU

24 Aprel 2017 17:18

Bu il azərbaycanlı müğənnilərin toy qiyməti

24 Aprel 2017 17:15

İranda ölüm cəzası LƏĞV OLUNDU

24 Aprel 2017 17:12

"Bakı Kristal Zalı"nda İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri tamamlanmaq üzrədir - FOTO

24 Aprel 2017 17:12

Azərbaycanda səhv Hepatit C diaqnozu qoyan klinikalar

24 Aprel 2017 17:08

İranda ölüm cəzası ləğv olundu

24 Aprel 2017 17:06

Mərhum polkovnikin həyat yoldaşından ürəkdağlayan məktub: "Oğlum ölüm ayağındadır" - FOTO

24 Aprel 2017 17:05

Azərbaycanlı müğənni: "Ərimdən xəbərsiz abort etdirdim"

24 Aprel 2017 17:05

Türkiyədə 13 min il əvvələ aid tapıntı: ÜZƏRİNDƏ İNANILMAZ MƏTN VAR - FOTOLAR

24 Aprel 2017 17:03

DİQQƏT: "Facebook"da qohumlarınızı dostluqdan silin

24 Aprel 2017 16:59

"Bu adı yadda saxlayın" - Messi - FOTO

24 Aprel 2017 16:57

Fahişəliyə və qumara görə AĞIR CƏRİMƏLƏR gəlir

24 Aprel 2017 16:54

Güclü külək səbəbindən 200-dən çox neftçi təxliyə olundu

24 Aprel 2017 16:53

İslamiadada qadın idmançılarımız hicab geyinəcəklər?

24 Aprel 2017 16:52

Qulluq mövqeyindən istifadə edənlərə qarşı cəzalar sərtləşir

24 Aprel 2017 16:49

Türkan Şoray pərəstişkarlarına ÜZÜCÜ XƏBƏR

24 Aprel 2017 16:48

Shamkir Chess 2017-də IV tur: Məmmədyarov Rəcəbova qarşı - FOTO

24 Aprel 2017 16:47

Azyaşlı qız eşşək sayəsində danışmağa başladı

24 Aprel 2017 16:47

Dinlər heyvanlara toy edilməsinə necə baxır? - ilahiyyatçı ŞƏRH EDİR

24 Aprel 2017 16:39

​"iPhone 8" belə olacaq

24 Aprel 2017 16:39

Moskva geri çəkildi: “Suriyada kimyəvi silah...”

24 Aprel 2017 16:38

Pasiyent yardıma çağırdığı həkimləri girov götürdü

24 Aprel 2017 16:38

Dubayda nağıl təki villalar tikilib - VİDEO - FOTO

24 Aprel 2017 16:37

“Ağıllı” eynək insanların görmə ilə bağlı problemlərini aradan qaldıracaq

24 Aprel 2017 16:35

“Əsir düşərgəsi” oxucularının nəzərinə - kitab artıq satışdadır

24 Aprel 2017 16:34

Namaz qılan "MƏŞHURLAR" - FOTO

24 Aprel 2017 16:32

Elmi məktəb yaradan alim

24 Aprel 2017 16:28

Kredit almaq istəyənlərə XOŞ XƏBƏR

24 Aprel 2017 16:25

"Məmurlar efirdə gözəl qız görən kimi deyir ki, gətirin bağ evimə"

24 Aprel 2017 16:22

Xəstəliklərin 66 faizini bu qidalar müalicə edir

24 Aprel 2017 16:18

Türk kinosunun əfsanəsi ilə bağlı çox üzücü xəbər

24 Aprel 2017 16:14

Taksim meydanı bağlanacaq

24 Aprel 2017 16:12

Venesuela qaynayır: müxalifət ağ geyindi - FOTO

24 Aprel 2017 16:12

Belə insanlıq olmaz olsun!

24 Aprel 2017 16:11

Bakıda güclü yanğın: 3 polis əməkdaşı xəstəxanalıq oldu

24 Aprel 2017 16:09

Azərbaycan əhalisinin 80 faizi TƏHLÜKƏDƏ - Alimlərdən FƏRQLİ MÖVQE

24 Aprel 2017 16:08

Natiq Əliyev ABŞ-a gedəcək

24 Aprel 2017 16:05

İƏT-in Baş katibi: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır"

24 Aprel 2017 16:05

Cahangir Hacıyevin şikayətinə baxılacaq VAXT BİLİNDİ

24 Aprel 2017 16:05

Ronaldonun Messinin qoluna əsəbi reaksiyası

24 Aprel 2017 16:03

Britaniya nüvə silahını tətbiq edə bilər - RƏSMİ

24 Aprel 2017 15:58

Səudiyyə Ərəbistanının energetika naziri

24 Aprel 2017 15:53

Sürət Hüseynovun cangüdənini Hollandiyada deşik-deşik etdilər - VİDEO

24 Aprel 2017 15:49

Uşaq istəməyən qadınlar, ƏSLA BU YOLLA QORUNMAYIN!

24 Aprel 2017 15:48

"İphone 8" modelinin ilk FOTOları

24 Aprel 2017 15:47

II Buktreyler Festivalının mükafatlandırma mərasimi: Qaliblər elan edildi

24 Aprel 2017 15:42

Saxta pul əsginaslarının satışı ilə məşğul olanlar tutuldu - FOTO

24 Aprel 2017 15:38

"Ayaz Mütəllibovu həbsdən şəxsən mən xilas etmişəm..."

24 Aprel 2017 15:37

Azərbaycanda aktrisanı diri-diri basdırdılar - FOTO

24 Aprel 2017 15:37

Xalq artisti dəfn olundu

24 Aprel 2017 15:36