Bakıda yeni metrostansiyası tikilir

Bakıda yeni metrostansiyası tikilir
16:26 14 Yanvar 2016
44 Şou
Ölkə mətbuatı
A- A+

“Bakı Metropoliteni” QSC-də Metropoliten Xətlərinin Konseptual İnkişaf Sxeminə uyğun olaraq Bakının yeraltı yollarının inkişafı mərhələsinin davamı olaraq “B-5” stansiyası istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün montaj kamerası hazırlanıb.

Axşam.az QSC-yə istinadən bildirir ki, bu gün işini başa vuran sipər gələcəkdə başqa sahələrdə istifadə ediləcək. Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra “Herrenknecht” yolunu “B-5” stansiyasına doğru davam etdirəcək.

Bu istiqamətdə 2011-ci ildə Almaniya istehsalı olan “Herrenknecht” tunelqazma kompleksinin ölkəyə gətirilməsi, eləcə də "Avtovağzal" - "Memar Əcəmi-2" sahəsində "Azərkörpü" ASC-nin tətbiq etdiyi ABŞ istehsalı olan “Robbins” tunelqazma kompleksi müxtəlif geoloji şəraitlərdə işləmək üçün yararlıdır.

Bu vaxta qədər Bakıda ay ərzində 60-65 metr tunel sahəsinin inşası rekord göstərici sayılırdısa, yeni qurğular həmin müddətdə 350-400 metr tuneli tam hazır şəkilə gətirir. Yeni komplekslə qazıntı işi qruntun çıxarılması, tunel geyiminin quraşdırılması və onun arxasına möhkəmləndirici məhlulun vurulması ilə paralel aparılır. Qazma kompleksi bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək.

Qeyd edək ki, “Herrenknecht” qazma kompleksinin “Bənövşəyi” xəttin “Avtovağzal” stansiyasından “Memar Əcəmi-2” stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başlayıb. Bu vaxta qədər 4 630 metr yol qət edən qurğu bu gün xəttin şərti olaraq “B-4” adlanan stansiyasına daxil olub.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR