Bilik Fondu ilə Təhsil Problemləri İnstitutu anlaşma memorandumu imzalayıblar

16:28 14 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, Elvira Məmmədova, AZƏRTAC
Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Təhsil Problemləri İnstitutunun (TPİ) əməkdaşları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun maarifləndirmə istiqamətində həyata keçirdiyi layihələrdən, Azərbaycan təhsil sistemi strukturunun təkmilləşdirilməsi və təhsildə idarəetmənin səmərəliliyinin yüksəldilməsi sahəsində aparılan islahatlardan danışıb.
Tədbirdə təhsil işçilərinin inkişaf etmiş qabaqcıl ölkələrin təhsil sistemində qazanılmış yeniliklərlə tanış edilməsi barədə fikirlər səslənib. Bu baxımdan mütəmadi olaraq aktual problemlərin tədqiqi və təhlili ilə bağlı elmi konfrans, seminar, “dəyirmi masa” və disputların təşkilinin vacibliyi vurğulanıb.
TPİ-nin direktoru Qulu Novruzov təhsil sahəsində maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyinin artırılması yollarından danışıb, milli mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Bilik Fondu ilə Təhsil Problemləri İnstitutu arasında ölkə əhalisinin maarifləndirilməsi, milli təhsil konsepsiyasının müddəalarının yerinə yetirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilik_Fondu_ile_Tehsil_Problemleri_Institutu_anlasma_memorandumu_imzalayiblar-918441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR