Ermənistanda tibbi maskalar və virus əleyhinə preparatlar tapılmır

Ermənistanda tibbi maskalar və virus əleyhinə preparatlar tapılmır
16:37 14 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistandakı apteklərdə tibbi maskalar, oksalin və digər virus əleyhinə preparatlar tapılmır.

APA-nın "News.am" saytına istinadən verdiyi məlumata görə, İrəvan əhalisi yayılan qrip və kəskin respirator virus infeksiyası ilə bağlı aktiv şəkildə qoruyucu maska və virus əleyhinə dərmanlar alıb. Artıq apteklərdə bu vasitələr yoxdur və əhali dərman və maskaların yenidən gətirilməsini gözləyir.
 
Xatırladaq ki, Ermənistanda qrip və respirator virus infeksiyasının kəskin artması müşahidə olunsa da, Səhiyyə Nazirliyi ölkədə belə bir epidemiyanın yayılmasını təsdiqləmir. Eyni zamanda, artıq "donuz qripi"ndən ölənlərin sayı 11 nəfərə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/armenia/397912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR