Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balıq ovlamaq üçün icazə müddəti uzadıldı

Balıq ovlamaq üçün icazə müddəti uzadıldı

Date: 14 January 2016 16:37

Sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub.

Milli.Az bildirir ki, ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, Nazirlik sənaye balıq ovunun fasiləsiz davam etdirilməsini və balıqçılar tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş ov alətlərinin alınması və qaydaya salınması üçün vaxt tələb olunduğunu nəzərə alaraq 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Milli.Az


Tags:  Balıq ovlamaq icazə müddəti uzadıldı


RƏYLƏR


Top news