“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib
16:38 14 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
“Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən qazılan 28 nömrəli quyu istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2674-2658 metr intervaldan sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yataginda_yeni_quyu_istismara_verilib-918445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR