Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Böyük ​Britaniyanın XİN başçısı Türkiyəyə səfər edəcək

Böyük ​Britaniyanın XİN başçısı Türkiyəyə səfər edəcək

Date: 14 January 2016 16:42

Bakı. 14 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bu gün Türkiyəyə səfər edəcək.
"Report" xəbər verir ki, bu haqda Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, F.Hammond Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşlərdə terorçuluğa qarşı birgə mübarizə, eləcə də Suriyaya dair Londonda keçiriləcək konfransla bağlı müzakirələrin aparılacağı gözlənilir. O, Türkiyənin xairic ölkələrdəki səfirlərinin konfransında çıxış edəcək.
Yanvarın 15-də isə F.Hammond Türkiyəyə sığınan suriyalı qaçqınlar düşərgəsinə, suriyalıların "Ağ dəbilqələr" Təlim Mərkəzinə baş çəkəcək.
Xarici işlər naziri səfəri ərəfəsində bildirib ki, Böyük Britaniya terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı gələcəkdə də gücləndirəcək.
Qeyd edək ki, F.Hammond hazırda Yunanıstanda səfərdədir. 

Tags:  Böyük Britaniyanın XİN başçısı Türkiyəyə səfər edəcək

RƏYLƏR


Top news