Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Azərbaycanda siqaretin dadı dəyişəcək

Azərbaycanda siqaretin dadı dəyişəcək

World's largest tobacco firm formed by BAT £40.8bn takeover of US rival Reynolds (18 January 2017 15:46)
Works of Azerbaijani cartoonists in European Cartoon Contest (17 January 2017 10:46)
EOC Vice President: European Junior Games to be held in Azerbaijan in 2019 (10 January 2017 18:46)

Date: 14 January 2016 16:57

Azərbaycanda tütün məmulatlarının iri istehsalçısı olan "European Tobacco Baku" şirkəti siqaret istehsalında yerli xammalın payının artırılması üzrə danışıqlar aparır.

Milli.Az bildirir ki, bunu Trend-ə şirkətin İdarə Heyətinin sədri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hazırda siqaretlərin doldurulduğu tütün qarışığında (doğranmış tütün - red) sortları Azərbaycanda yetişdirilən şərq tütünü az istifadə edilir: "Bu sortlar siqaretin dadından asılı olaraq siqaretin tərkibində cəmi 3-5 faiz təşkil edə bilər. Siqaretin tərkibində, adətən, təqribən 7-10 tütün növü istifadə olunur. Onların arasında "virciniya" və "berley" növləri əsasdır. Bundan başqa, Braziliya, Keniya, Türkiyə və digər ölkələrdə yetişdirilən tütün sortlarından da istifadə olunur".

R.Quliyev qeyd edib ki, "European Tobacco Baku" Azərbaycanda siqaretin ayrı-ayrı tərkib hissələrinin istehsalı barədə şərikləri ilə də razılığa gəlmək istəyir.

O əlavə edib ki, "European Tobacco Baku" vaxtilə yerli siqaretlər istehsal edib, lakin ildən-ilə onun satışı azalırdı, çünki həmin vaxt əksəriyyət tanınmış brendlərə üstünlük verirdi: "Bu ona gətirib çıxardı ki, biz də xarici siqaretlərin istehsalına keçməyə məcbur olduq".

R.Quliyevin sözlərinə görə, dünyadakı mövcud iqtisadi vəziyyətdə "European Tobacco Baku" şəriklərinə daha az tanınmış və ucuz brendlərin istehsalına başlamağı təklif etmək niyyətindədir.

Şirkətin İdarə Heyətinin sədri vurğulayıb ki, Azərbaycan daxili istehsal hesabına ölkəni tütün məhsullarının 90 faizi ilə təmin etmək iqtidarındadır: "Bunun üçün regionlardan Bakıya gələn əhali yenidən torpağa qayıtmalıdır. Kənd təsərrüfatını ixtisaslı kadrlarla təmin etmək lazımdır. Bunun üçün bütün imkanlar var. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı sahibkarlığın inkişafına yeni təkan verdi. Bura lisenziyalaşdırmanın sadələşdirilməsi, müxtəlif güzəştlər və subsidiyalar da daxildir".


Tags:  european tobacco baku siqaret istehsali siqaretin dadi


RƏYLƏR


Top news