Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Misirdə terrorçuların simvolikanın yayılmasına görə cəza tədbirləri sərtləşdirilir

Misirdə terrorçuların simvolikanın yayılmasına görə cəza tədbirləri sərtləşdirilir

Date: 14 January 2016 16:58


Qahirə, 14 yanvar, AZƏRTAC
Misir hökuməti ölkənin Cinayət Məcəlləsinə terrorizmlə bağlı simvolların hər hansı şəkildə yayılmasının və nümayiş etdirilməsinin qadağan olunması barədə düzəlişləri bəyənib.
Misirin Əl-Youm əs-Sabi xəbər portalında verilən məlumata görə, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Cinayət Məcəlləsinin yeni maddəsini hökumətin müzakirəsinə təqdim edib. Bu maddəyə əsasən, sözügedən əmələ görə azadlıqdan məhrumetmə və 10-30 min Misir funtu məbləğində cərimə şəklində cəza nəzərdə tutulur.
Portalda qeyd edilir ki, ölkədə və onun hüdudlarından kənarda terrorçu strukturları təbliğ edən və dəstəkləyən plakatların, vərəqələrin, emblemlərin, fotoşəkillərin, hətta əllə çəkilmiş rəsmlərin hazırlanması, satışı, çap edilməsi, yayılması, yapışdırılması, nümayiş etdirilməsi və ya xaricdən gətirilməsi ilə məşğul olan şəxsləri cəza gözləyir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Tags:  Misirdə terrorçuların simvolikanın yayılmasına cəza tədbirləri sərtləşdirilir


RƏYLƏR


Top news