"Traktorsazi" "Zirə" və "Sumqayıt"la oynamayacaq

"Traktorsazi" "Zirə" və "Sumqayıt"la oynamayacaq
17:07 14 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

"Traktorsazi" Türkiyənin Antalya şəhərində keçirməli olduğu təlim-məşq toplanışından imtina edib. Fanat.az xəbər verir ki, buna səbəb İstanbuldakı terror aktı olub.

Təbriz klubunun rəhbərliyi təhlükəsizliyin lazımı səviyyədə olmadığını bildirərək Türkiyəyə getməkdən imtina edib. Lakin bu qərar azarkeşlərin narazılığına səbəb olub. Belə ki, digər İran klublarının Antalya toplanışını təxirə salmadığı halda, Türk dünyasının simvolu hesab olunan klubun bu addımı etirazla qarşılanıb. Azarkeşlər bunu fars rejiminin türklərə qarşı növbəti oyunu adlandırıb.

Qeyd edək ki, "Traktorsazi"nin Antalyada "Zirə" və "Sumqayıt"la yoxlama oyunu keçirməsi gözlənilirdi.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quottraktorsaziquot-quotzirquot-v-quotsumqaytquotla-oynamayacaq-t46796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR