Yeyib-içmək üçün mənzilləri yardılar

Yeyib-içmək üçün mənzilləri yardılar
17:12 14 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, Abşeronda yeyib-içmək istəyən şəxslər oğurluğa əl atdılar. Hadisə Abşeron rayonun Mehdiabad kəndində baş verib. Mehdiabad polis bölməsinə müraciət edən vətəndaşlar evlərindən pul və qızıl zinət əşyalarının oğurlanmasını bildiriblər. Əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron Rayon Polis İdarəsi və Mehdiabad polis bölməsinin əməkdaşları həmin oğurluqları törətməkdə şübhəli bilinən qəsəbə sakinləri 19 yaşlı Nurəddin Orucov, 24 yaşlı Nihad Qəhramanov və bir azyaşlını saxlayıblar.  Aşkar olunan faktlarla əlaqədar Abşeron Rayon Polis İdarəsində CM oğurluq maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam edir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/397939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR