"8 qəpiyə sərf eləmir"

"8 qəpiyə sərf eləmir"
17:12 14 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, bu il Yevlaxda göyərti boldur. Göyərtinin becərilməsi ilə məşğul olan fermerlər bildirirlər ki, havaların son bir neçə gündə əlverişli keçməsi buna imkan verib.

"Ötən il zəif idi. Bu il yağarlığa görə inkişaf çox gözəldir. Bax-bax, gözünüzün qabağındadır, amma qiymət yoxdur. Bazarlara çıxarırıq, alıcılıq qabiliyyəti yoxdur", - deyə fermer Fazil Qələndərov bildirib.

İndi fermerləri narahat edən əsas məsələ göyərtinin qiymətinin ucuz olmasıdır. Təsərrüfat sahibləri bildirirlər ki, ötən il yerində bir bağlaması 20 qəpiyə təklif olunan keşniş, şüyüd kimi göyərtilər indi 8-15 qəpiyə satılır. Qiymətlər fermerləri qane etmir. Ötən il Rusiya bazarına məhsul çıxaran təsərrüfat sahibləri indi bu işin də faydalı olmadığını deyirlər. 

Fermerlərin sözlərinə görə, bazarda alıcılıq qabiliyyəti də aşağı səviyyədədir. Vəziyyət belə davam edərsə, bu sahəyə marağın azalacağı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/397937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR