Bakı metrosunun yeni stansiyanın qazıntısı başlayır

Bakı metrosunun yeni stansiyanın qazıntısı başlayır
17:16 14 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Bakı metropolitenində "Bənövşəyi" xəttin şərti olaraq "B-5" adlanan stansiyası istiqamətində qazma işlərinə başlanacaq. Bu barədə ANS PRESS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

""B-5" istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. "Herrenknecht" yolunu "B-5" stansiyasına doğru davam etdirəcək. Yəni, növbəti stansiya "B-5"".



Onun sözlərinə görə, inşaat işlərində mükəmməl, yerli geoloji şəraitə uyğun ən yeni tunelqazma vasitələrinin istehsalata cəlb edilib. N.Paşayev deyib ki, Almaniya istehsalı olan "Herrenknecht" ("Herrenknext") 2011-ci ildə ölkəyə gətirilib. Məhz bu tunelqazma kompleksinin ölkəyə gətirilməsi ilə Bakı metropoliteninin tikintisi tarixində tamamilə yeni bir səhifə açıb. Bu qurğu, eləcə də "Avtovağzal – Memar Əcəmi-2" sahəsində "Azərkörpü" ASC-nin tətbiq etdiyi ABŞ istehsalı olan "Robbins" tunelqazma kompleksi müxtəlif geoloji şəraitlərdə işləmək üçün yararlı idi. Hər iki qazma qurğusunu səyyar müəssisə adlandırmaq olar.



"Onlar dağ silsiləsi, yaşayış məntəqələri və digər yerlərdə ətraf mühitə zərər vermədən yüksək qazma sürəti ilə işləyirlər. Qazma prosesi qruntun sıxlığı təmin edilmək və uçmaların qarşısı alınmaqla həyata keçirilir.
Bu vaxta qədər Bakıda ay ərzində 60-65 m tunel sahəsinin inşası rekord göstərici sayılırdısa, yeni qurğular həmin müddətdə 350-400 m tuneli tam hazır şəkilə gətirirlər. Yeni komplekslə qazıntı işi qruntun çıxarılması, tunel geyiminin quraşdırılması və onun arxasına möhkəmləndirici məhlulun vurulması ilə paralel aparılır.

Metropoliten rəsmisi qeyd edib ki, "Herrenknecht" qazma kompleksinin "Bənövşəyi" xəttin "Avtovağzal" stansiyasından "Memar Əcəmi-2" stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başlayıb. "İndiyə kimi 4630 m yol qət edən qurğu bu gün xəttin şərti olaraq "B-4" adlanan stansiyasına daxil olub. "Herrenknecht" həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə, kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxıb.

Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 m diametrə malik 4630 m yüksək səviyyəli dəmir-beton tunel qoyub. "Herrenknecht" nəinki ölkəmizdə, Cənubi Qafqaz regionunda ilk dəfə tətbiq edilən mexaniki qazma kompleksidir".



Yeni stansiyada aparılan qazma işləri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR