Rəsmi Bakı: ABŞ-Azərbaycan münasibətləri həmişə öz əhəmiyyətini saxlamağa qadirdir

Rəsmi Bakı: ABŞ-Azərbaycan münasibətləri həmişə öz əhəmiyyətini saxlamağa qadirdir
17:23 14 Yanvar 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Səba Ağayeva - Trend:

ABŞ-Azərbaycan münasibətləri həmişə öz əhəmiyyətini saxlamağa qadirdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədovun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında münasibətlər Azərbaycanın müstəqillik illərində o qədər zəngin və hərtərəfli bir inkişaf yolu keçib ki, müxtəlif məqamlarda müəyyən proseslər olsa belə, bu münasibətlər həmişə öz xarakterini və əhəmiyyətini saxlamağa qadirdir: "Bunu da təbii hesab edirəm. Çünki bu münasibətlər hansısa təsadüfi, ötəri maraqlar üzərində qurulmayıb. Postsovet məkanında ABŞ ilə, Avropa ölkələri ilə hərtərəfli və uğurlu əməkdaşlıq edən əsas dövlətlərdən biri elə Azərbaycandır".

Xəbər yenilənir

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2480493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR