Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa"

"Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa"

Date: 14 January 2016 17:26

Müğənni Xatirə İslamın “Toy, məclis sayəsində özünə gün-güzəran qazanır, kəndinə su çəkdirir, atasına ev tikdirir, sonra da deyir ki, “Yox-yox, müğənni qız almaram” sözlərinə əməkdar artist Elnarə Abdullayeva münasibət bildirib. 

Axşam.az xəbər verir ki, E.Abdullayeva lent.az-a açıqlamasında X.İslamın cavabını verib:

"İnsan gərək imanlı, qabiliyyətli olsun. Kiminsə haqqımda nə deməsi qətiyyən mənə maraqlı deyil. Ümumiyyətlə, mənim Xatirə ilə problemim yoxdur. Yenə bu söz-söhbət haradan çıxdı? Oğru elə bilir ki, hamı oğru, doğru da elə bilir ki, hamı doğrudur. Sadəcə mən o vaxt açıqlama vermişdim  ki, “oğluma müğənni qız almaram”. Bu sözlər onun xoşuna gəlməmişdi. Mən yenə də öz fikrimdə qalıram. Oğluma müğənni qız alandan sonra mən də, gəlinim də toyda olsa, bəs evdəki kişilərə kim baxacaq? Xatirə barəmdə danışıb, danışsın da... Həmişə demişəm kim nə danışır, danışsın. Hər kəsin öz ağlı, mədəniyyəti, qabiliyyəti və dünyaya baxış tərzi var. Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa. Oğluma müğənni qız almaram. Çünki qocalanda müğənni gəlin istəmərəm. İnşallah, Allah qismət eləyər, Xatirə də oğluna müğənni qız alar. Onda görək, gəlin ona baxacaq, yoxsa baxmayacaq”.
 
Qeyd edək ki, X. İslam bir neçə gün öncə “5/5” verilişində qonaq olan zaman E.Abdullayevaya söz ataraq, bu sözləri demişdi:
 
“Müğənniyə nə olub ki? Hamısının gözəl ailəsi, evi-eşiyi, özlərinə görə adları, şəhərdə hörmətləri var. İki-üç nəfərə görə hamını pisləmək olmaz. Düzdü, müğənnilik çətindir. Amma insan öz sənətinə hörmətsizlik etməməlidir. Toy, məclis sayəsində özlərinə gün-güzəran qazanırlar, kəndinə su çəkdirirlər, atasına ev tikdirirlər, sonra da deyirlər ki, “Yox-yox, müğənni olmaz”. Bunu necə edə bilərlər? Bu yolla qazandığınız çörəyə qiymət qoyun, hörmətsizlik etməyin”.

Tags:  Mənim tərbiyəm başqadır Xatirənin tərbiyəsi başqa

RƏYLƏR


Top news