Dövlət “YUĞ” Teatrı yeni binaya köçəcək

Dövlət “YUĞ” Teatrı yeni binaya köçəcək
17:28 14 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət “YUĞ” Teatrının binasının sökülməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərini nəzərə alaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “YUĞ” Teatrının binasının da sökülməsi planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçiriləcək. Qeyd olunub ki, teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra ictimaiyyətə bu barədə məlumat veriləcək.
Bildirilib ki, sənət ocağı üçün yeni binanın tikilməsi məsələsi də gündəmdədir.
Qeyd edək ki, teatrın binası M. Muxtarov küçəsi, 83 ünvanında yerləşir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_YUG_Teatri_yeni_binaya_kochecek-918464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR