Həsən bəy Zərdabinin qızının məzarı tapıldı (VİDEO)

Həsən bəy Zərdabinin qızının məzarı tapıldı (VİDEO)
17:31 14 Yanvar 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Uzun sürən axtarışlardan sonra Azərbaycan mətbuatının banisi, görkəmli ziyalı Həsən bəy Zərdabinin qızının məzarı tapılıb.

ANS TV-nin məlumatına görə, bu işi araşdırıb ərsəyə gətirən isə Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Xatirə Quliyeva olub. Həsən bəy Zərdabi ilə uzaqdan qohumluq əlaqələrinin olması da bu işdə ona köməklik edib.


Məzarı tapan Xatirə xanım

O, 40 ildən sonra Həsən bəy Zərdabinin qızının məzarını tapa bilib. Xatirə xanım deyir ki, Həsən bəy Zərdabinin irsini araşdırsalar da amma onun qızının məzarının harda olmasını tapa bilməyiblər. Uzun sürən araşdımalardan sonra buna Xatirə xanım nail olub. Ona Sultan Qəribin məzarının Bakının köhnə qəbirstanlıqlarından birində olması bapədə məlumat veriblər. Tədqiqatçı isə onunu məzarını tapanda gözlərinə inanmayıb. Bir qəbirdə iki nəfər dəfn edilib.

Xatirə Quliyevanın sözlərinə görə, axtarış üçün ilk öncə qohumlarına müraciət edib və 100-dən artıq qəbri gəzib.


Həsən bəy Zərdabinin qızı Sultan Qəribin məzarı

İndi Xatirə xanımın istəyi məzarın açılaraq Qərib Sultanın tək dəfn olunması üçün ona başqa bir yerin verilməsidir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR