Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Harri Potter"in qəhrəmanı vəfat etdi

"Harri Potter"in qəhrəmanı vəfat etdi

Date: 14 January 2016 17:36

İngilis aktyor Alan Rikman 69 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Harri Potter" filmində canlandırdığı Severus Snape roluyla daha çox tanınan aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

O, karyerası boyunca "BAFTA", "Qızıl qlobus", "Emmi" kimi mükafatlara layiq görülüb. A.Rikman 1989-cu ildə Bruis Uillislə çəkildiyi "Çətin ölüm" filmi ilə tanınmağa başlayıb.

Həm də teatr rejissoru olan Rikman son olaraq Conni Depp və Anna Heytveyin də iştirak etdiyi, bu ilin mayında təqdim olunacaq "Alisa möcüzələr diyarında: aynanın içindən" filmində çəkilib.




Tags:  Harri Potterin qəhrəmanı vəfat etdi

RƏYLƏR


Top news