Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

K.Kaladze: SOCAR-ın Gürcüstana təbii qaz nəql edən boru kəmərləri maksimal rejimdə işləyir

K.Kaladze: SOCAR-ın Gürcüstana təbii qaz nəql edən boru kəmərləri maksimal rejimdə işləyir

Date: 14 January 2016 17:38


Bakı, 14 yanvar, AZƏRTAC
“Azərbaycan bizim strateji tərəfdaşımızdır, biz bundan sonra da əməkdaşlıq etməyə və qarşılıqlı əlaqə saxlamağa hazırlaşırıq”.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın energetika naziri Kaxi Kaladze bu fikri Tbilisidə SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə danışıqlardan sonra söyləyib. K.Kaladze bildirib ki, Gürcüstan 2016-cı ildə qaz anbarı tikintisinə başlamağı planlaşdırır. Rövnəq Abdullayevlə danışıqlarda həmin anbarın birgə səylərlə tikilməsi və SOCAR-ın həmin layihədə iştirak etməkdə maraqlı olması məsələlərinə toxunulub.
Gürcüstanlı nazir deyib: “Ölkəmiz üçün bu layihənin həyata keçirilməsi qış və yay fəsillərində qaz istehlakı probleminin həlli baxımından çox əhəmiyyətli olacaq. Bu gün biz SOCAR-ın iki boru kəməri vasitəsilə təbii qaz alırıq. Həmin kəmərlərin hər ikisi maksimal rejimdə işləyir. Lakin bu boru kəməri vasitəsilə əlavə qaz nəql etməyə imkan verən layihə həyata keçirilə bilər. “Şahdəniz” layihəsinin ikinci mərhələsini 2019-cu ildə başa çatdırmaq nəzərdə tutulur. Bu, bizim əlavə təbii qaz almağımıza imkan yaradacaq”. K.Kaladze daha sonra əlavə edib ki, həmin boru kəmərlərindən alınan qazın həcmini artırmaq üçün kompressor qurğularına əlavə sərmayə qoyulmalıdır. Nazir deyib: “Şahdəniz” layihəsinin ikinci mərhələsi uğurla başa çatmaq üzrədir. Hazırda Gürcüstan ərazisində iş gedir və 2019-cu ildə bizim əlavə təbii qaz almağa imkanımız olacaq”.

Tags:  KKaladze SOCAR-ın Gürcüstana təbii qaz nəql edən boru kəmərləri maksimal rejimdə işləyir



RƏYLƏR


Top news