Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistan geri addım atdı

Ermənistan geri addım atdı

Date: 14 January 2016 17:41

"İran qazı Gürcüstana Ermənistan ərazisi vasitəsilə ötürülməyəcək”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistanın Energetika və Təbii resuslar naziri Yervand Zaxaryan jurnalistlərə açıqlamasında deyib. "Ermənistan üzərindən Gürcüstana qaz nəqli müzakirə mövzusu deyil.

Amma bizə məlumdur ki, Gürcüstan və "Qazprom" arasında təbii qazın nəqlinə dair danışıqlar aparılır. Bu gün konkret nəticələr haqqında hər hansı məlumat yoxdur. Gürcüstan hökuməti "Qazprom” la Ermənistana ötürülən “mavi yanacağ”ın tranziti ilə bağlı müqaviləni yenidən gözdən keçirmək istəyir", - nazir jurnalistlərə dedi.

Yervand Zaxaryan bildirib ki, müqavilənin dəyişdirilməsi onların öz daxili işidir və bu Ermənistana qaz nəqlinə mane olmayacaq.


Yervand Zaxaryan - Ermənistanın Energetika və təbii resuslar naziri


Bir müddətdir ki, İran qazının Ermənistan üzərindən Gürcüstan ötürülməsi diqqət mərkəzindədir. Gürcüstanın Energetika naziri Kaxa Kaladzenin İranla gizli qaz danışıqları apardığı ortaya çıxmışdı.

Həmin vaxt gürcü ekspretlər İran qazının Ermənistan ərazisindən Gürcüstana ötürüləsinin qeyri – mümkün olduğunu iddia edirdilər. Onlar buna səbəb kimi infrastrukturun olmamasını göstərirlər.


Nəzərdə tutulan İran-Ermənistan-Gürcüstan qaz kəmərinin keçəcəyi ərazilər (qırmızı rənglə işarələnib)


Maraqlıdır ki, Ermənistan ətrafında gəzən söz – söhbətlərə bu günə qədər susurdu. Amma Azərbaycan nümayəndə heyətinin Gürcüstan rəhbərliyi ilə görüşlərinin nəticələri açıqlandıqdan sonra Ermənistan rəsmilərindən biri qaz məsələsinə münasibət bildirdi.

Çox ehtimal ki, Ermənistan rəhbərliyi Rusiyanın təsiri ilə susurdu. Çünki İranın Gürcüstana qaz nəql etməsi Rusiyanın həmin bazarda zəifləməsi deməkdir. Rusiya SOCAR-la Gürcüstan rəhbərliyi arasında danışıqlardan sonra tam əmin oldu ki, rəsmi Tiflis “Qazprom” la əməkdaşlığı bundan sonra da davam etdirəcək. Gürcüstan hökuməti isə Rusiyadan qaz nəqlini artırdığı halda İranla həyata keçiriləcək layihələr aftomatik arxa plana keçir. Bu Ermənistanın olmasada, Rusiyanın xeyrinədir.

Tags:  Ermənistan geri addım atdı


RƏYLƏR


Top news