"Zidanı bir məşqçi kimi tanımıram"

"Zidanı bir məşqçi kimi tanımıram"
17:42 14 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya millisinin sabiq çalışdırıcsı Xavyer Klemente "Real"ın yeni baş məşqçisi Zidanın vəzifəsinin öhdəsindən yaxşı gələcəyinə inanır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Klemente Zidanın parlaq futbolçu karyerasının məşqçilik işində rol oynamadığını da vurğulayıb.

"Elə tanınmış eks-futbolçular var ki, məşqçi kimi yarıtmazdırlar. Bilmirəm, bunu Zidana aid etmək olarmı. Onu məşqçi kimi tanımıram, futbolçu texnikasına görə Zidana yüksək qiymət verirəm. Bu məsələdə Zinəddin virtuoz idi və texnikadan yaxşı başı çıxır. Onun bəxti gətirdi. Neqativ nəticələrdən sonra "Real"ın sükanı arxasına keçdi. Amma bu, hər kəsin başına gələ bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR