Türkiyə ordusu iki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın silahlısını öldürüb

Türkiyə ordusu iki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın silahlısını öldürüb
17:42 14 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ "İki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın üzvünü zərərsizləşdirmişik".
"Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin xarici dövlətlərdəki səfirlərinin toplantısında bildirib.
Baş nazirin sözlərinə görə, öldürülən terrorçular arasında İŞİD qruplaşmasının liderləri də var: "İstanbuldakı xain terror hücumunun İŞİD tərəfindən törədildiyini təsbit etdikdən sonra Silahlı Qüvvələrimiz 48 saat ərzində terrorçuların Suriya və İraqdakı mövqelərinə top və tanklardan 500-ə yaxın atəş açıb. İraqın Başika rayonunda, bundan başqa Türkiyənin İraq və Suriya ilə sərhədboyu ərazilərdə İŞİD-in mövqelərini imkanımız daxilində vurmuşuq. Bu əməliyyat nəticəsində aralarında İŞDİ-in başçıları da olmaqla 200-ə yaxın terrorçunu zərərsizləşdirmişik". 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-ordusu-iki-gunde-terrorcu-i-si-d-qruplasmasinin-200-e-yaxin-silahlisini-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR