Gürcüstanda qazın həcminin artırılması məsələsi ilə ekspert qrupları məşğul olacaqlar

Gürcüstanda qazın həcminin artırılması məsələsi ilə ekspert qrupları məşğul olacaqlar
17:43 14 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Gürcüstana nəql edilən qazın həcminin artırılması məsələsi ilə ekspert qrupları məşğul olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov Azəırbaycan neft şirkətinin prezidenti Rövnəq Abdullayevin Tbilisiyə səfəri çərçivəsində apardığı danışıqlardan sonra məlumat verib. Həmin görüşdə iştirak edən M.Məmmədov deyib: “Biz əsasən pik dövründə qaz verilməsinin texniki imkanlarını müzakirə etdik. Danışıqlarda Azərbaycan tərəfindən SOCAR-ın prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov, şirkətin investisiyalar idarəsinin başçısı Vaqif Əliyev iştirak ediblər”.
M.Məmmədov “SOCAR Gürcüstana qaz verilməsində yaranmış kəsiri aradan qaldıra bilərmi” sualına belə cavab verib: “Qaz verilməsinin mövsümü xüsusiyyətləri var. Şübhəsiz ki, qışda tələbat kəskin artır. Bu, proqnozlaşdırılan haldır. Biz əsasən məhz yaranmış qaz kəsirini, onu hansı texniki imkanlarla aradan qaldıra biləcəyimizi müzakirə edirik. Tərəflərin gəldiyi razılığa görə, bunun üzərində ekspert qrupları işləməlidirlər. Onlar qaz verilməsini artırmaq imkanlarını tapmalıdırlar. Hazırda biz hasilatı maksimum qaldırmışıq. Onu 7 milyon kubmetr səviyyəsinə çatdırmağa çalışacağıq”.
SOCAR-ın qaz verilməsini əlyetər vasitələrlə artırmaq imkanlarını axtaracağından söz açan M.Məmmədov belə bir imkanın “Şahdəniz” layihəsi çərçivəsində olduğunu bildirib: “SOCAR bu boru kəmərinin kommersiya operatorudur və bu gün bizim belə imkanımız var”.
M.Məmmədov Gürcüstanın neft-qaz sahəsindəki planlarına da münasibətini bildirərək deyib: “Biz Gürcüstanda qaz anbarı tikintisini tam dəstəkləyir və alqışlayırıq. Gürcüstan hökuməti ilə artıq mövcud olan razılaşmaya görə, SOCAR bu layihədə iştirak edəcək”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanda_qazin_hecminin_artirilmasi_meselesi_ile_ekspert_qruplari_mesgul_olacaqlar-918471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR