Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Kəpəz” futbol klubu ilk yoxlama oyununda böyük hesablı qələbə qazanıb

“Kəpəz” futbol klubu ilk yoxlama oyununda böyük hesablı qələbə qazanıb

Date: 14 January 2016 17:48


Bakı, 14 yanvar, AZƏRTAC
Mövsümün ikinci yarısı üçün hazırlığı davam etdirən “Kəpəz” futbol klubu ilk yoxlama oyununu keçirib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Yevlaxda məskunlaşan komanda əvəzedici heyəti ilə qarşılaşıb.
Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün ilk hissəsində Bəxtiyar Soltanov, Azad Kərimov, Ceyhun Cavadov, fasilədən sonra isə Budaq Nəsirov və Julien Ebah (2 qol) fərqləniblər.
Qeyd edək ki, hər iki komandanın baş məşqçisi hər hissədə fərqli heyətə şans verib.

Tags:  Kəpəz futbol klubu ilk yoxlama oyununda böyük hesablı qələbə qazanıb


RƏYLƏR


Top news