Manat sabah bu qiymətə olacaq

Manat sabah bu qiymətə olacaq
17:51 14 Yanvar 2016
163 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 15-nə manatın məzənnəsi açıqlanıb.

AMB-dən ANS PRESS-ə verilən məlumata görə, Mərkəzi Bankın 15.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində müəyyən olunun.

Yanvarın 14-ə olan məzənnəyə görə USD/AZN rəsmi məzənnəsi 1,5682 manatdan 1,5706-ya yüksəlib. Sabaha olan məzənnə dəyişməyib.

Bu gün bahalaşma Avropanın vahid valyutası olan avro və Rusiya rublunda da hiss edilir. Avro 1,6980 manatdan 1,7106-ya, Rusiya rublu isə 0,0203 manatdan 0.0204-ə qalxıb.


AMB-nin 14 yanvar tarixinə olan rəsmi məzənnəsi

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Həmçinin oxuyun:
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Mərkəzi Bankdan banklara icazə ilə bağlı açıqlama (YENİLƏNİB)
500 dollardan çox pul dəyişənlərin nəzərinə
2016-cı ildə manatın taleyi
Dollarla kredit götürənlərin aqibəti...
Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."
Bakıda dollar ajiotajı (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR