"Qanlı Yanvar" tələbələri ağlatdı

"Qanlı Yanvar" tələbələri ağlatdı
17:51 14 Yanvar 2016
24 Şou
Ölkə mətbuatı
A- A+

Rejissor Vahid Mustafa Yevin ərsəyə gətirdiyi “Qanlı Yanvar” filmi 20 Yanvar faciəsinin 26-cı ildönümü ərəfəsində bir sıra ali və orta təhsil müəssisələrində nümayiş edilir.

ANS PRESS-in məlumatına görə, bu gün film Azərbaycan Dillər Universitetinin tələbələrinə təqdim edilib. "Qanlı yanvar" filminin nümayişində universitetin rektor vəzifələrini müvəqqəti olaraq icra edən Dünyamin Yunusov, prorektorlar, müəllimlər və tələbələr, eyni zamanda, filmin aktyorları Fuad Mirzəyev və Tamilla Həmidova, media nümayəndələri iştirak ediblər.


Filmin nümayişində iştirak edənlər

Azərbaycan tarixinin ən qanlı səhifələrindən birindən bəhs edən film hamı tərəfindən böyük maraqla qarşılanıb. Tamaşaçılar, xüsusilə tələbələr ekran işini göz yaşları içərisində seyr ediblər.

Nümayiş sona çatdıqdan sonra Dünyamin Yunusov öz təsüratlarını bölüşüb."Film bütövlükdə həqiqətləri əks etdirib. Həqiqətən də o zaman ordu şəhərə daxil olub qarşısına keçən hər kəsi öldürür, işıq gələn tərəfə atəş açırdılar. Burada əyləşənlərin çoxu gənc olduğundan bunu xatırlamaz. Amma gənclər "Qanlı Yanvar"a baxmaqla həqiqətləri öyrənə biləcəklər. Bildiyimə görə, film bir çox dünya ölkələrində də nümayiş olunub. Bununla Azərbaycan həqiqətlərini dünya da biləcək. Buna görə başda Vahid Mustafayev olmaqla, bütün ANS Şirkətlər Qrupuna öz dərin təşəkkürümü bildirirəm", - deyə Dünyamin Yunusov deyib.


Dünyamin Yunusov - Azərbaycan Dillər Universitetinin rektoru vəzifələrini icra edən


Rektor, həmçinin, filmə görə, rejissor Vahid Mustafa Yevi xüsusi mükafatla da təltif etdi. Onun mükafatı filmdə "Nəcəf" rolunu canlandıran Fuad Mirzəyevə təqdim olunub.

Filmin baş qəhərəmanları da "Qanlı Yanvar"dakı rolları və 20 Yanvar faciəsi haqqında tələbələrə qısaca məlumat veriblər.


Filmin rejissorunun mükafatı


Mükafatın təqdimetmə mərasimi

Filologiya fakultəsinin 3-cü kurs tələbəsi Məhərrəmova Əfsanə film haqqında təəssüratlarını ANS PRESS-lə bölüşüb: "İlk dəfədir ki, "Qanlı Yanvar"ı izləyirəm. Çox təsirləndim, hətta, ağladığım məqamlar da oldu. Filmidə ən çox məni kövrəldən 2 məqam oldu: biri sevgilisinin ölmüş cəsədini yerdə qoymayan və onu qaldıran oğlanın hərəkətləri, digəri filmin sonunda qardaşın digər qardaşın həyatını xilas etmə səhnəsi idi".


Filmin nümayişi

"Qanlı Yanvar" sabah Bakı Slavyan və Azərbaycan Neft və Sənaye Universitetlərinin tələbə, müəllim heyəti üçün nümayişi nəzərdə tutulur.
Bundan əvvəl isə film Nizami rayonunda yerləşən, şəhid Kamil Eyyubovun adını daşıyan 12 saylı məktəbdə nümayiş olunub.
Tədbirin sonunda kinorejissor Vahid Mustafa Yev və ANS Şirkətlər Qrupunun vitse prezidenti Mir Şahin Ağayev Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının fəxri fərmanları ilə təltif ediliblər.


"Qanlı Yanvar" filminin 12 saylı məktəbdə nümayişi


Vahid Mustafa Yevə təqdim edilən fəxri fərman


“Qanlı Yanvar” filmi bir neçə mötəbər film festivallarında nümayiş etdirilib və uğurlar əldə edib. Dekabrın 2-də film Hindistanda, 46-cı Beynəlxalq Qoa Film Festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub. Bu barədə tədbirin direktoru Sentil Rajan filmin rejissoruna xüsusi sənəd göndərib.

Bundan başqa Hindistanın ən məşhur qəzetlərindən olan “İFFİ daily” də “Qanlı Yanvar” haqqında məqalə dərc olunub.

Hindistanın Qoa şəhərində keçirilən festival Asiyanın nüfuzlu tədbirlərindən hesab olunur. “Qanlı Yanvar” filmi festivalda iştirak edən 3 tarixi filmdən biri olub. Hər il baş tutan mötəbər tədbirdə bu il 90 ölkədən 289 film nümayiş olunub.

"Qanlı Yanvar" filmi bundan əvvəl də bir çox Festivallarda nümayiş olunub və müxtəlif diplomlarla təltif olunub. Həmin festivaldan bir həftə əvvəl isə film Estoniyanın nüfuzlu "Black Nights" festivalında nümayiş olunub.

Film oktyabrın 23-də Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalına da qatılıb. “Qanlı Yanvar” San Paulonun ən məşhur kinoteatrlarında nümayiş olunub.


Filmin nümayiş olunduğu San Paulonun ən məşhur kinoteatrları


39-cu Beynəlxalq Monstra film festivalında nümayiş edilən kinorejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi artıq mükafata da layiq görülüb. Film postsovet məkanındakı həqiqətlərin çatdırılmasına görə diplomla təltif edilib.


"Qanlı Yanvar" bədii filminin mükafatı


“Qanlı Yanvar” sentyabr ayında isə film Monreal Beynəlxalq Film Festivalında nümayiş edilib. Filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Velş və digər nümayəndələr də iştirak ediblər.

"Qanlı Yanvar" filmi festivalın xüsusi diplomuna layiq görülüb. Həmin diplomu prezident Serxio Lis Vahid Mustafayevə şəxsən təqdim edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR