Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Aleksandr Novak: "Rusiya "Türk axını" layihəsinin reallaşdırılmasına hazırdır"

Date: 14 January 2016 17:52

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib: "Biz öz tərəfimizdən layihənin həyata keçirilməsinə hazırıq. Məlumatımıza görə, Avropa Komissiyası və Avropa ölkələrinin energetika nazirləri bu məsələ üzərinə işləyirlər".
Qeyd edək ki, ötən ilin sonunda Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşdikdən sonra "Türk axını" təbii qaz kəmərinin tikintisi layihəsi dayandırılıb.
"Türk axını" layihəsi Rusiya qazının Qara dənizin dibi ilə Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutur.

Tags:  Aleksandr Novak Rusiya Türk axını layihəsinin reallaşdırılmasına hazırdır


RƏYLƏR


Top news