Azərbaycanın Latviyadakı səfirinin həyat yoldaşına cinayət işi açılıb - ŞOK QALMAQAL

Azərbaycanın Latviyadakı səfirinin həyat yoldaşına cinayət işi açılıb - ŞOK QALMAQAL
18:04 14 Yanvar 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Səfir Elman Zeynalovun xanımının adı rüşvət qalmaqalında qarışıb

 

 

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun həyat yoldaşının adı rüşvət qalmaqalında qarışıb.

 

Lent.az haqqin.az-a istinadən xəbər verir ki, səfirin xanımı Nəzirə Zeynalova Latviyada sürücülük vəsiqəsi almaq üçün yerli müfəttişə rüşvət təklif etməkdə ittiham edilir.

 

Belə ki, saytın yazdığına görə, N.Zeynalova sürücülük vəsiqəsi almaq Latviyanın Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin yerli müffətişliyinə 500 avro rüşvət təklif edib. Müffəttişlər isə ondan şikayətçi olub. Hazırda Zeynalovanın işi ilə Latviyanın Korrupsiya əleyhinə Bürosu məşğul olur.

 

Müffətişlər İvas və Uldas haqqın.az-a deyib ki, səfir xanımının bu davranışına təəccüb edirlər. Onların sözlərinə görə, bu hal baş verən kimi dərhal Antikorrupsiya Bürosuna zəng ediblər və həmin şəxs saxlanılıb: “Onu tezliklə buraxdılar, ancaq bu işə Büroda baxılacaq”.

 

Müfəttişlər bildirib ki, məsələ ilə bağlı Latviya Xarici İşlər Nazirliyi də məlumatlandırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR