“Ləzə” sərhəd zastavasında bir gün

“Ləzə” sərhəd zastavasında bir gün
18:08 14 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, Məhərrəm Əlioğlu, AZƏRTAC
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət sərhədlərimiz boyunca, xüsusən də sovet hakimiyyəti illərində qorunmayan şimal və şimal-qərb istiqamətində sərhəd məntəqələrinin yaradılması olduqca mühüm əhəmiyyət kəsb etməyə başladı. Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin sərhəd mühafizəsinə göstərdikləri xüsusi diqqət və qayğı sayəsində bu istiqamətdə önəmli işlər görülüb, müasir sərhəd infrastrukturu yaradılıb.
Prezident İlham Əliyevin 2005-ci dekabrın 27-də imzaladığı “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası bu istiqamətdə görülmüş işlərin həm sürətinə, həm kəmiyyətinə, həm də keyfiyyətinə çox böyük təsir edib. Şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanmış quruculuq işləri və dinamik xarakter alan texniki inkişaf bu Proqramın yüksək səviyyədə yerinə yetirilməsinin göstəricisidir.
Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, yaradılan mühəndis-texniki qurğuların istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyəsini və etibarlılığını artırıb. İndi relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq, Azərbaycanın sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur. Dağlıq ərazilərdə sərhədlərin mühafizəsinin ən yüksək səviyyədə təmin edilməsi xüsusilə diqqət mərkəzindədir. Bu məqsədlə 2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair xüsusi plan da hazırlanıb. İndi Azərbaycanın dövlət sərhədləri hər cür hava şəraitində fasiləsiz olaraq yüksək səviyyədə qorunur.
Azərbaycan sərhədçilərinin dövlətimizin sərhədlərini qorumasını, xidməti necə təşkil etməsini görmək, yaradılan şəraitlə yerində tanış olmaq məqsədilə Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsinin “Ləzə” sərhəd zastavasında olduq. Əvvəlcə Xudat sərhəd dəstəsinə yollandıq. Burada bizi qarşılayan zabitlərlə görüşüb dağlıq ərazidə mürəkkəb relyefdə yerləşən sərhəd zastavasına getmək istədiyimizi bildirdik. Bunun üçün müvafiq icazəmiz var idi.
“Ləzə” sərhəd zastavasının yerləşdiyi əraziyə gedən yollar qarlı olduğu üçün hava qaralmadan yola çıxmaq qərarına gəldik. Beləliklə, burada çox qalmadan bizə ayrılan xidməti avtomobillə sərhəd zastavasına yola düşdük. Zastavaya getmək üçün Qusar rayonunun Ləzə kəndindən keçdik. Ləzə kəndi Böyük Qafqaz sıra dağlarının ətəyində, rayon mərkəzindən təxminən 35 kilometr məsafədədir. Kənd dəniz səviyyəsindən 1300 metr yüksəklikdə, Şahdağın ətəyində yerləşir. Kəndin füsunkar təbiəti bizi valeh etdi. Yol boyu kəndin dörd tərəfində buz bağlayan şəlalələr diqqətimizi xüsusilə özünə çəkirdi. Buz bağlamış yollarla ağır-ağır hərəkət etdiyimizdən zastavaya bir neçə saatdan sonra axşam gəlib çatdıq.
Zastava rəisi Sahil Əbilov bizə şəxsi heyətin xidməti barədə məlumat verdi. O bildirdi ki, dağlıq və mürəkkəb relyefə malik ərazidə sərhədçilər Azərbaycan-Rusiya dövlət sərhədini qoruyurlar. Burada hava şəraitinə uyğun olaraq, xidmət bir neçə istiqamətdə aparılır. Havanın qarlı olmasına baxmayaraq, şəxsi heyət xidmət başındadır. Qarlı-şaxtalı hava şəraiti sərhədçilərimizin xidmət aparmalarına heç bir çətinlik yaratmayıb. Onlar 24 saat əvvəlki qaydada xidmət aparır, Azərbaycanın dövlət sərhədini etibarlı şəkildə mühafizə edirlər.
Sərhəd Qoşunlarının əsas bölməsi olan sərhəd zastavası dövlət sərhədinin ona tapşırılmış sahəsinin bilavasitə mühafizəsini həyata keçirir. Zastava dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətini istənilən şəraitdə fasiləsiz yerinə yetirir. Çətin hava şəraiti ilə əlaqədar sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin mühafizəsini fiziki qüvvə hesabına həyata keçirmək mümkün olmadıqda digər üsullardan - əməliyyat yolundan, texniki vasitələrdən və s. istifadə edilir. Zastavamız mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşdiyi üçün qışda burada xidmətin özünəməxsus xüsusiyyətləri var. Qarlı və soyuq hava şəraitində xidmətin təşkili üçün sərhəd zastavası zəruri avadanlıq, şəxsi heyət isə lazımi əşya, geyim ləvazimatları ilə təchiz edilib. Sərhəd naryadlarının ərazidə hərəkətini asanlaşdırmaq üçün xüsusi qar texnikasından – skuterdən, habelə çətin hava şəraitində xidməti heyvanlardan istifadə olunur.
Zastavanın yeni binası 2011-ci ildə istifadəyə verilib. Müasir rabitə əlaqəsi ilə təchiz edilən zastavada yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana var. Bundan başqa, sərhəd məntəqəsinin zabit heyəti üçün zəruri mebel və avadanlıqla təchiz edilmiş ikiotaqlı və üçotaqlı 16 mənzil inşa olunub.
“Ləzə” sərhəd zastavası Azərbaycanda ilk peşəkar sərhəd məntəqələrindəndir. Burada çətin hava şəraitində xidmətin xüsusiyyətləri keçirilən məşğələlərdə şəxsi heyətə öyrədilir. Zəruri biliklərə, vərdiş və bacarıqlara malik, fiziki cəhətdən hazırlıqlı hərbi qulluqçular xidmətə təyin olunurlar. Ümumiyyətlə, çətin relyefə malik ərazilərdə yerləşən sərhəd zastavalarına şəxsi heyət seçilərkən onların şəxsi keyfiyyətləri və fiziki hazırlığı əsas götürülür.
Zastavada xidmət edən əsgər Nahid Həsənov xidmətdən məmnunluğunu ifadə edərək söylədi ki, havanın qarlı-şaxtalı olmasına baxmayaraq, əldə silah doğma Vətənimiz Azərbaycanın sərhədlərinin keşiyində ayıq-sayıq dururuq. Sərhəddə xidmət etmək, sərhəd mühafizəsini təşkil etmək maraqlı və məsuliyyətlidir. Bütün xalqımız, analarımız, atalarımız əmin olsunlar ki, sərhədlərimizi daim göz bəbəyi kimi qoruyacağıq. Xidmətin çətinliyi bizi qorxutmur. Sərt hava şəraiti, zastavamızın mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşməsi nümunəvi xidmət aparmağımıza heç cür təsir edə bilməz. Sərhədçi peşəsi çox şərəflidir və biz bununla fəxr edirik.
Digər əsgər Bəxtiyar Mirzəyev də xidmətlə bağlı danışarkən dedi: “Biz gecə-gündüz Vətənimizin sərhədlərinin keşiyində dayanırıq. Vətən sərhəddən başlanır və burada xidmət daha maraqlıdır. Sərhəddə xidmət etməyimlə, sərhədçi olmağımla fəxr edirəm”.
Gecə saatları olmasına baxmayaraq, sərhəd naryadları xidməti ərazilərini yoxlamaq üçün əraziyə çıxır. Zabit-gizir heyəti tərəfindən müvafiq təlimat aldıqdan sonra əsgərlər dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə, mənfi on dərəcə şaxtada dağlıq əraziyə xidmətə yollanırlar. Müvafiq geyim, avadanlıq və texnika ilə təchiz olunan sərhəd naryadı xidməti sahədə zastavaya həvalə olunan ərazini yoxlamağa başlayır. Doğrudan da burada xidmət özünəməxsusluğu ilə digər qoşun növlərində olduğundan fərqlənir.
Yeri gəlmişkən, şəxsi heyət arasında ciddi nizam-intizam, yüksək fiziki və mənəvi-psixoloji hazırlıq mövcuddur. Əsgərlərin geyimləri, səliqə-sahman isə öz yerində.
Zastavaya səfərimizi başa çatdırıb geri dönməli idik. Zabitlər bizi əsgərlərlə birgə nahara dəvət etdilər. Biz də dəvəti qəbul edib əsgər yeməkxanasına daxil olarkən buradakı şəraitə göz qoyurduq. Dağlıq və mürəkkəb relyefə malik ərazidə bu cür təmizlik xüsusilə diqqətimizi cəlb etdi. Zabitlərdən şəxsi heyətin qida rasionu barədə məlumat vermələrini xahiş etdikdə bildirdilər ki, əsgərlərin təminat və təchizatı yüksək səviyyədədir. Qida rasionuna milli yeməklər daxildir. Əsgərlərə sulu, ətli xörəklər, müxtəlif növ şorbalar, toyuq, qarabaşaq, kartof püresi, salatlar, konservlər, şəkərli süd, peçenyelər, təbii meyvə şirəsi və s. verilir. Gecə xidmətə çıxan əsgərlər əlavə yemək payı ilə təmin olunurlar.
Beləliklə, əsgərlərlə birgə nahar etdikdən sonra dağların arası ilə buz bağlamış yollarla Bakıya qayıtdıq. Bir daha əmin olduq ki, hansı coğrafi mövqedə yerləşməsinə, hava şəraitinin necə olmasına baxmayaraq, Azərbaycanın dövlət sərhədi yüksək səviyyədə və peşəkarlıqla qorunur.
Çətin və şərəfli xidmətinizdə sizə uğurlar, əziz sərhədçilər.



















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda ruhi xəstə itkin düşüb - FOTO

21 İyul 2017 08:52

Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb

21 İyul 2017 08:52

"Lufthansa" aviaşirkətətinin sərnişin təyyarəsi Kiprda təcili eniş edib

21 İyul 2017 08:52

Çində 226 mindən artıq insan təxliyə edilib

21 İyul 2017 08:52

Mərdəkanda sürücü piyadanı vuraraq qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 08:47

Maska Vaşinqtondan Nyu-Yorka qədər tunel qazmağa icazə verilib

21 İyul 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

21 İyul 2017 08:47

Cəlilabad sakininin həyətində 139 ədəd çətənə kolu aşkarlanıb

21 İyul 2017 08:47

Sərxoş vəziyyətdə siqaret çəkdi, özünü yandırdı

21 İyul 2017 08:42

Hadiya əl-Abbas istefaya gedib

21 İyul 2017 08:42

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 08:42

Türkiyədə avtomobil kanala aşıb: 2 ölü, 5 yaralı

21 İyul 2017 08:42

Memar Əcəmi metrostansiyası yaxınlığında gənc oğlan bıçaqlanıb

21 İyul 2017 08:37

İçində Aydan götürülmüş toz olan çanta 1,8 milyon dollara satılıb

21 İyul 2017 08:32

Azərbaycanda restoran yanıb

21 İyul 2017 08:32

Morata "Çelsi"də, Çiçarito İngiltərəyə qayıtdı

21 İyul 2017 08:32

Lukaşenko Ukraynaya rəsmi səfərə gəlib

21 İyul 2017 08:27

Bakıda 8 otaqlı ev yanıb

21 İyul 2017 08:22

Növbəti HƏKİM SƏHLƏNKARLIĞI: Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında öldü

21 İyul 2017 08:18

Amerika KİV-i Trampın prezidentliyinin ilk altı ayına yekun vurub

21 İyul 2017 08:12

Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

21 İyul 2017 08:12

7 otaqlı ev yanıb

21 İyul 2017 08:05

Ukraynada "qara yara" HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?

21 İyul 2017 08:05

Qısa saç onlara daha çox yaraşır - FOTO

21 İyul 2017 08:05

83 yaşlı həkim 100 il sağlam yaşamağın reseptini açıqladı - FOTO

21 İyul 2017 08:03

Hiquain "Napoli"yə məhkəmədə uduzub

21 İyul 2017 07:57

Onu unutmaq istəyirsinizsə... - Sevgilisindən ayrılanlar oxusun

21 İyul 2017 07:52

Yunanıstanda zəlzələ: 2 ölü, 120 yaralı

21 İyul 2017 07:52

Bu qatardır, yoxsa otel? - HEYRƏTLƏNDİRİCİ FOTOLAR

21 İyul 2017 07:42

Yunanıstanda zəlzələ 100 nəfəri xəstəxanalıq etdi

21 İyul 2017 07:39

"Roma" heyətini hücumçu ilə gücləndirib

21 İyul 2017 07:37

Bakıda qadın sərnişin avtobusdan yerə yıxılıb

21 İyul 2017 07:32

Belə incəsənət növünün olduğunu bilirdiniz? - FOTO

21 İyul 2017 07:32

Ağ paltarları neçə dərəcədə yuyaq? - XANIMLARA TÖVSİYƏ

21 İyul 2017 07:22

BƏD NƏZƏRDƏN qurtulmağın yolları - FOTO

21 İyul 2017 07:18

Türkiyədə 6,3 bal gücündə zəlzələ olub, xəsarət alanlar var

21 İyul 2017 07:17

Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO

21 İyul 2017 07:17

"Fənərbağça" braziliyalı futbolçunu transfer etmək üzrədir

21 İyul 2017 07:12

İndiyə qədər çəkilmiş ən təhlükəli 8 selfi

21 İyul 2017 07:05

Avroliqada gecənin nəticələri

21 İyul 2017 07:04

Salyanda 660 kv.metrlik restoran yandı

21 İyul 2017 06:39

"Yeni verilişimdə lüt gəzəcəm"

21 İyul 2017 06:34

Malikanənin öz minimalizmi - FOTO

21 İyul 2017 06:32

Yunanıstanda zəlzələ 2 can aldı

21 İyul 2017 06:29

Ermənistan səfiri ABŞ şirkətlərini qapı-qapı gəzib kömək istədi

21 İyul 2017 06:23

"Zirə"nin rumıniyalı müdafiəçisi: "Bu gün idman xoşbəxtliyi “Astra”nın tərəfində idi"

21 İyul 2017 05:42

Palanqada ailəvi ev - FOTO

21 İyul 2017 05:32

Göygöldə 7 otaqlı ev yandı

21 İyul 2017 05:28

Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ olub, 2 nəfər ölüb, 70-i yaralanıb

21 İyul 2017 05:22

Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb

21 İyul 2017 04:57