Azərbaycanlı fotoqrafın Türkiyədə möhtəşəm sərgisi

Azərbaycanlı fotoqrafın Türkiyədə möhtəşəm sərgisi
18:08 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı-Trend:

Türkiyənin Didim Ticarət Palatasının Mədəniyyət Mərkəzində Didim Halk Oyunları G.S.K dərnəyinin təşkilatçılığı ilə gənc, istedadlı fotoqraf Nurlan Tahirlinin "Yol ayrımında” foto-sərgisinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, ilk dəfə 2015-ci ildə Bakıda keçirilən "Yolayrıcında” sərgisinin davamı olaraq keçirilən bu sərgidə kolleksiyaya bir neçə yeni əsər və interaktiv panoramalar əlavə olunaraq sərgilənib.

Tədbirdə giriş sözü ilə çıxış edən Didim Halk Oyunları G.S.K dərnəyi başçışı Arif Çolak açılış mərasiminin rəmzi olan qırmızı lenti kəsmək üçün Didim qubernatoru vəkili Mehmet Arabacını dəvət edib. Söz alan gənc qubernator sərgiyə xeyir-dualarını bildirərək, bunun davamlı olmasını arzu etmiş və lenti kəsərək sərgini açıq elan edib.

Daha sonra qubernator digər qonaqlarla bərabər, sərgilənən şəkillərlə maraqlanaraq Nurlan Tahirlidən hər biri haqda məlumat alıb, təəssüratlarını bölüşüb.

Tədbirdə iştirak edən Didim Əsnaf və Sənətkarlar palatasının sədri Yaşar Tektaş, Didim Əsnaf Kredit Zəmanət Kooperasiyasının sədri Ali İhsan Kubaliç, Didim Ticarət Palatası idarə heyətinin sədri Şaban Üstündağ, palatanın məclis sədri Hilmi Yıldırım və palatanın üzvləri, Ak Parti bölgə sədri, Didim Bələdiyyəsinin məclis üzvləri, Ak Parti Gənclik Qolları sədri, habelə eks bələdiyyə başçısı, DAHOT Didim Xalq Oyunları Gənclik və Spor Klubu başçısı, Didim Fotoqraflar Klubunun üzvləri və medya nümayəndələri də qonaqlar arasında idilər.

Tədbirin sonunda yekun sözü ilə çıxış edən Didim Ticarət Palatasının məclis sədri Hilmi Yıldırım Türkiyə-Azərbaycan dostluğunun əhəmiyyətindən danışaraq bu sərginin Didimdə keçirilmiş olmasından məmnunluğunu bildirmiş və bu əlaqələrin gələcəkdə daha da genişlənməsini və sıx olmasını arzu etdiyini vurğulayıb.

Sonda istedadlı fotoqrafa xatirə plaketi və gül dəstəsi təqdim edilib.

Nurlan Tahirli öz növbəsində tədbirə gələn hər kəsə minnətdarlığını bildirib, türk qardaşlarımızın onu belə isti qarşılamasından sonsuz məmnun olduğunu və sərginin təşkil olmasında böyük zəhməti olan Didim Xalq Oyunları dərnəyinin sədri Arif Çolaka xüsusi təşəkkürlərini bildirib.

Qeyd edək ki, Nurlan Tahirli Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi fakültəsinin türk dili bölməsinin, Türkiyənin Sakarya Dövlət Universitetinin marketinq ixtisası üzrə magistraturasının məzunudur. Türkiyədə birillik fotoqrafiya kursunda təhsil alıb. 2012-ci ildən Beynəlxalq sərgilərə qatılır. Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2480528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR