Belarus Silahlı Qüvvələrində kompleks yoxlamalar başlanıb

Belarus Silahlı Qüvvələrində kompleks yoxlamalar başlanıb
18:08 14 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 14 yanvar, AZƏRTAC
Müdafiə naziri Andrey Ravkovun qərarı ilə Belarus Silahlı Qüvvələri qoşunlarının, birləşmə və hərbi hissələrin təyinatı üzrə vəzifələri yerinə yetirməyə hazır və qabil olmasının kompleks şəkildə yoxlanılması başlanılıb.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, həyata keçirilən tədbirlərə ümumi rəhbərlik Silahlı Qüvvələrin baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini Oleq Belokonevə həvalə edilib. Bəzi hərbi hissələrin və bölmələrin döyüş hazırlığını ən yüksək dərəcəyə çatdırmaq barədə sərəncam verilib.
Yoxlama zamanı Minsk şəhərinin, Minsk və Qomel vilayətlərinin hərbi komissarlıqlarından səfərbərlik ehtiyatları göndərilir, uzun müddət saxlanılan və dövlət orqanlarından və təşkilatlarından alınan nəqliyyat vasitələrinin çıxarılması hesabına hərbi və xüsusi texnika ilə dəstləşdirmə, anbarlardan və saxlama bazalarından maddi vəsaitlər alınması həyata keçirilir. Aparılan yoxlamanın fərqli xüsusiyyəti onun kompleks şəklində olmasıdır. Həm hərbi hissələrin və döyüş bölmələrinin, həm də bütün təchizat sistemlərinin hazırlıq dərəcəsini, o cümlədən texniki təminat məsələlərini qiymətləndirmək planlaşdırılır. Yoxlamanın rəhbərləri şəxsi heyətin donması hallarının istisna edilməsinə və yoxlanılan qoşunların qış fəslinə aid yanacaqla təmin olunmasına xüsusi diqqət yetirəcəklər. Yoxlama taktiki məşğələ və təlimlər keçirilməsi, o cümlədən poliqonlarda döyüş atışlarının yerinə yetirilməsi ilə başa çatdırılacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarus_Silahli_Quvvelerinde_kompleks_yoxlamalar_baslanib-918479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR