Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balıqovlama biletinin hüquqi qüvvəsi iki ay müddətinə uzadılıb

Balıqovlama biletinin hüquqi qüvvəsi iki ay müddətinə uzadılıb

Date: 14 January 2016 18:08


Bakı, 14 yanvar, AZƏRTAC
Sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sənaye balıq ovunun fasiləsiz davam etdirilməsini və balıqçılar tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş ov alətlərinin alınması və qaydaya salınması üçün vaxt tələb olunduğunu nəzərə alaraq 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Tags:  Balıqovlama biletinin hüquqi qüvvəsi iki ay müddətinə uzadılıb


RƏYLƏR


Top news