"Milan"da dəyişikliklər olacaq

"Milan"da dəyişikliklər olacaq
18:12 14 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

"Milan"ın hücumçusu Luiz Adriano Çinə yollanır. O, "Jiangsu Suning" klubunun şərəfini qoruyacaq. "Milan"ın rəsmi kanalı braziliyalı hücumçunun transferinə görə 14 milyon avro ödəniləcəyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu səbəbdən Adrianonun adı İtaliya kubokunun 1/4 final mərhələsində "Carpi" ilə keçirilmiş oyunun (2:1) iştirak ərizəsinə daxil edilməyib. "Sambaçı" "Jiangsu" klubunda illik 6 milyon avro məvacib və çıxışından asılı olaraq 2 milyon avro bonus alacaq. "Milan"ın futbolçusu Xose Mauri də İnstagram səhifəsindən Adrianonu "yola salıb".

"Sənin təbəssümün üçün darıxacağıq", - Mauri yazıb.

Braziliyalı forvard ötən yay "Shakhtar"dan 8 milyon avro qarşılığında "Milan"a keçmişdi. Lakin qış fasiləsində 6 milyon məvacib tələb etməsi "rossoneri"ni seçim qarşısında qoyub və nəticədə onun üçün gələn transfer təklifini dəyərləndirməyə istiqamətləndirib. "Milan" Adrianonun transferindən əldə olunan gəliri Vitsel və Fellaininin keçidinə sərf etməyi düşünür. Bundan başqa, "Monaco"nun xidmətlərində maraqlı olmadığı Əl-Şaaravi də Milana qayıdacaq. Klub onu "Roma"ya icarəyə verməkdən imtina edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR