Azərbaycanda yeni ticarət sistemi üzrə BFB üzvləri üçün təlimlər keçirilir

18:22 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, təlimlər Koreya Birjasının mütəxəssisləri tərəfindən, BFB əməkdaşlarının iştirakı ilə həyata keçirilir.
Təlimlər zamanı BFB-nin yeni ticarət sistemin funksionallığı, iş prinsipi, yeni ticarət imkanları, eyni zmanada BFB-də ticarət əməliyyatlarında iştirak üçün nəzərədə tutulmuş xüsusi proqram təminatında iş qaydalarının tədrisi nəzrədə tutulub.
Təlimlər ümumi tanışlıq və praktiki məşğələlər daxil olmaqla yanvarın 15-də davam edəcək. Daha sonra təlimlər Birja üzvlərinin bilavasitə iş yerlərindən davam etdiriləcək.
Xatırladaq ki, Layihənin 2016-cı ilin fevral ayına qədər davam edəcək bu mərhələsi ərzində QKDK, Milli Depozit Mərkəzi və BFB-nin mütəxəssisləri ilə birlikdə proqram təminatının sınaq işləri, eyni zamanda Koreya Birjasının əməkdaşları tərəfindən sistemlər üzər yerli mütəxəssislərə istifadəçi təlimləri keçiriləcək.
Qeyd edək ki, qiymətli kağızlarlarla vahid Ticarət, post-ticarət və nəzarət sisteminin 2016-cı ilin birinci yarısında istifadəyə veriləcəyi planlaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bfb-nin-yeni-ticaret-sistemi-uzre-birja-uzvleri-ucun-telimlere-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR