Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"ABŞ-Azərbaycan münasibətləri həmişə öz əhəmiyyətini saxlamağa qadirdir"

"ABŞ-Azərbaycan münasibətləri həmişə öz əhəmiyyətini saxlamağa qadirdir"

Date: 14 January 2016 18:22

ABŞ-Azərbaycan münasibətləri həmişə öz əhəmiyyətini saxlamağa qadirdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədovun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında münasibətlər Azərbaycanın müstəqillik illərində o qədər zəngin və hərtərəfli inkişaf yolu keçib ki, müxtəlif məqamlarda müəyyən proseslər olsa belə, bu münasibətlər həmişə öz xarakterini və əhəmiyyətini saxlamağa qadirdir: "Bunu da təbii hesab edirəm. Çünki bu münasibətlər hansısa təsadüfi, ötəri maraqlar üzərində qurulmayıb. Postsovet məkanında ABŞ ilə, Avropa ölkələri ilə hərtərəfli və uğurlu əməkdaşlıq edən əsas dövlətlərdən biri elə Azərbaycandır".

PA rəsmisi bildirib ki, Azərbaycan prezidentlərinin - həm bu əməkdaşlığın, bu münasibətlərin əsasını və təməl prinsiplərini qoyan ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Azərbaycanın milli dövlətçiliyinin, milli maraqlarının daha da möhkəmlənməsi və inkişafı, onların qorunması üzərində qurduğu bu münasibətlər bu gün də davam edir. Ölkənin maraqları, milli və dövlətçilik maraqları üzərində inkişaf edən hər hansı bir əməkdaşlıq əlaqələrində müəyyən problemlər ola bilər. Belə ki, 2016-cı ildə dövlətlərin öz maraqları uğrunda fəaliyyəti gərgin xarakter alıb.

N.Məmmədov əlavə edib ki, Azərbaycanla ABŞ arasında enerji sahəsində çox uğurlu, zəngin tarixi olan, böyük layihələr həyata keçirməyə qadir olan əməkdaşlıq əlaqələri qurulub, inkişaf etdirilib və bu gün çox yüksək səviyyəyə gəlib çatıb. ABŞ ilə digər sahələrdə, terrorizmə qarşı mübarizə sahəsində Azərbaycan çox uğurla əməkdaşlıq edib. Bu əməkdaşlığı Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əsasda uğurla həyata keçirir. Azərbaycan müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak edir, elə ilk vaxtlardan Kosovada, İraqda, Əfqanıstanda və bununla əlaqəli olan məsələlərdə həmişə fəal olub.

O, əlavə edib ki, Azərbaycan NATO çərçivəsində Alyansın apardığı sülhməramlı əməliyyatlarda, yəni ABŞ-ın rəhbrəlik etdiyi beynəlxalq koalisiyanın gördüyü işlərdə də çox uğurlu fəaliyyət göstərib, öz töhfəsini verib: "Bundan sonra digər sahələrdə - iqtisadiyyat, ticarət sahəsində, müəyyən mənada enerji siyasətinin həm region, həm də daha geniş coğrafiya üçün əhəmiyyətli olmasında ABŞ-ın dəstəyi olub: Bilirsiniz ki, ilk "Əsrin müqaviləsi"nin imzalanmasından tutmuş sonrakı proseslərə ABŞ-ın dəstəyi olub".

PA rəsmisi vurğulayıb ki, xarici siyasət kursunun əsas canı, mahiyyəti Azərbaycanın dövlətçiliyinin, milli maraqlarının qorunması, onun möhkəmləndirilməsi, inkişaf etməsidir: "Mən sizə bununla bağlı başqa bir nümunə gətirə bilərəm. Tutaq ki, dünyada Amerika Birləşmiş Ştatları ilə İsrail ən yaxın tərəfdaşdır. Amma yəqin ki, müşahidə aparırsınız: hərdən onlar arasında da müəyyən problemlər yaranır. Bizim də münasibətlərimizin xarakteri o dərəcədədir ki, biz də bəzən öz haqlı mövqeyimizi qoruyub axıra qədər müdafiə etməyə qadirik. Bu da çox vacibdir".

Milli.Az


Tags:  ABŞ-Azərbaycan münasibətləri həmişə öz əhəmiyyətini saxlamağa qadirdir

RƏYLƏR


Top news