"Sumqayıt"dan daha bir transfer

"Sumqayıt"dan daha bir transfer
18:27 14 Yanvar 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın III dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” növbəti futbolçunu heyətinə qatıb. 

Fanat.az xəbər verir ki, son olaraq “Rəvan”da çıxış etmiş Nicat Muxtarov gənclik şəhəri təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. 

1995-ci il təvəllüdlü adıçəkilən futbolçu “Sumqayıt”da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Nicat Muxtarov bu mövsüm "Rəvan"ın heyətində 17 oyun keçirərək 2 qol vurub. O, ötən mövsüm "Simurq"da çıxış edib.

"Sumqayıt" bundan əvvəl Vaqif Cavadovu, Kənan Manafovu, Eltun Yaqublunu və Səlahət Ağayevi heyətinə qatıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsumqaytquotdan-daha-bir-transfer-t46799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR