Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa futbolunda böyük biabırçılıq - FOTO

Avropa futbolunda böyük biabırçılıq - FOTO

Date: 14 January 2016 18:32

"Espanyol" azarkeşlərinin İspaniya Kubokunun 1/8 finalında baş tutmuş cavab oyununda "Barcelona"lı müdafiəçi Pikeni qıcıqlandırmaq istəyi kluba baha başa gələ bilər. Milli.Az goal.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin bir qrup fanatı Pikenin münasibətdə olduğu Şakiraya aid banner açıb. "Şakira hamımızındır" yazılmış bannerdən əlavə, kolumbiyalı ifaçının keçmiş sevgilisi Antonio de la Rua da "xatırlanıb". İkinci hissədə "Espanyol" azarkeşləri "Camp Nou"da komandanın qolkiperi Pau Lopezin Messinin ayağını tapdalamasına aid banner açıb. "Pau, ayağın bizə yol göstərir" banneri bir neçə il öncəni yada salıb. 2011-ci ildə "Real"ın o zamankı çalışdırıcısı Joze Mourinyo barmağını "Barcelona"lı həmkarı Tito Vilanovanın gözünə salmışdı. Madridli azarkeşlər növbəti "El Clasico"da bunu nəzərdə tutaraq "Joze, barmağın bizə yol göstərir" şüarını nümayiş etdirmişdilər.

Qeyd edək ki, Pike 1/8 finalın ilk görüşündə rəqibin azarkeşlərini komandalarını dəstəkləməməkdə, futbolçularını isə kobud oynamaqda ittiham etmişdi. "Cornelio el Prat"da isə katalon müdafiəçi oyunu ehtiyat skamyadan izləyib.

Milli.Az


Tags:  Avropa futbolunda böyük biabırçılıq FOTO

RƏYLƏR


Top news