Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Novruz Məmmədov nüvə təhlükəsizliyi sahəsində ABŞ-Azərbaycan əməkdaşlığından danışdı

Novruz Məmmədov nüvə təhlükəsizliyi sahəsində ABŞ-Azərbaycan əməkdaşlığından danışdı

Date: 14 January 2016 18:33

Bakı. Səba Ağayeva - Trend:

ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət məktubunda ABŞ-Azərbaycan əlaqələrinə yüksək qiymət verilib, münasibətlərin əhəmiyyəti vurğulanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, məktubda Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olunub: "ABŞ hesab edir ki, Azərbaycan bundan sonra da bu məsələyə töhfə verməkdə davam edəcək. Eyni zamanda məktubda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı fikirlər də əksini tapıb”.

O, qeyd edib ki, Azərbaycan ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olub. Azərbaycan elə regionda yerləşir ki, həmişə strateji əhəmiyyət daşıyan dövlət olaraq qalacaq”.

N.Məmmədov deyib ki, Azərbaycan Prezidentinin Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib-etməyəcəyi barədə dəqiq söz deyə bilməz: "Azərbaycan Prezidenti əvvəllər, adətən, bu tədbirlərdə iştirak edib”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Novruz Məmmədov nüvə təhlükəsizliyi sahəsində ABŞ-Azərbaycan əməkdaşlığından danışdı


RƏYLƏR


Top news