Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Neymar gələn ay məhkəmə qarşısına çıxacaq

Neymar gələn ay məhkəmə qarşısına çıxacaq

Date: 14 January 2016 18:38


Bakı, 14 yanvar, AZƏRTAC
“Barselona” futbol klubunun hücumçusu Neymar gələn ay məhkəmə qarşısına çıxacaq.
AZƏRTAC xəbər verir ki, braziliyalı futbolçu fırıldaqçılıqda təqsirli bilinir.
2013-cü ilin mayında “Santos”dan “Barselona”ya keçən 23 yaşlı futbolçunun transfer məbləğinin müəyyən hissəsini mənimsədiyi iddia olunur. “Barselona”nın sabiq prezidenti Sandro Rosell həmin vaxt Neymar üçün 50 milyon avro təzminat ödədiklərini açıqlasa da, sonradan bu məbləğin 80 milyon avrodan yüksək olduğu aşkarlanıb.
Məsələ ilə bağlı fevralın 2-də məhkəmə qarşısına çıxacaq Neymar “Santos”dan “Barselona”ya keçidi zamanı baş verənlərlə bağlı ətraflı məlumat verəcək. Eyni zamanda futbolçunun valideynləri, eləcə də “Barselona” və “Santos”un keçmiş və indiki prezidentlərinin də məhkəmədə ifadəsi dinləniləcək.

Tags:  Neymar gələn ay məhkəmə qarşısına çıxacaq


RƏYLƏR


Top news